header

 Seyid Nəsrullah Qüds günü çıxışında Səudiyyə və İsrailə xəbərdarlıq etdi

“Hizbullah” lideri beynəlxalq “Qüds günün”-nün 38-ci il dönümü münasibəti ilə çıxış edib

“Hizbullah” lideri Seyid Həsən Nəsrullah Beynəlxalq “Qüds günün”-nün 38-ci ildönümü münasibəti ilə çıxış edib. İran İslam Respublikasının yarandığı gündən etibarən Fələstinin dəyər və hədəflərini müdafiə etdiyini deyən Seyid Həsən Nəsrullah bildirib: “İran Qərb tərəfindən təzyiq və sanksiyalara tuş gəlməsinə baxmayaraq daima Fələstinə dəstək olub. Ali-Səudun yeni vəliəhdi İranla savaşlarının təkfirçi qruplar vasitəsilə ölkə daxilinə çəkəcəklərini bildirib. Lakin bu rejim İranla müharibə etmək üçün olduqca qorxaq və zəifdir. İran heç vaxt kənara çəkilmədi, əksinə dik durdu və inkişaf etdi. Bu ölkə terror və terrorçulara güzəştə getməyib. Terrorçular İranla müharibədə məğlub olmağa məhkumdurlar. İran onların Suriyada olan mövqelərini dəqiqliklə hədəfə aldı. Qərb və onların dəstəkçiləri Ayətullah  Xameneini anlamaqda yanlışlığa yol verirlər. Elə bu səbəbdən 40 ildir ki, məğlubiyyətlə qarşılaşırlar. İran xalqı və rəhbəriyyəti ölkənin dövlətçiliyinə və milli kimliyinə zərbə dəydiyi anda ona cavab verir. İran budur!” . Fələstin məsələsinə də işarə edən “Hizbullah” lideri  deyib: “Fələstinlə bağlı bir neçə mövqe var; Birinci tərəf müqaviməti çökdürmək istəyən ABŞ və İsrail,  ikinci tərəf isə Fələstini müdafiə edən müqavimət. Üçüncü bir tərəf də var hansı ki, tərəfsizdilər. İsrail bu gün fələstinlilərlə müzakirə etməkdən imtina edir. Çünki ərəb ölkələrinə güvənir. Bu onların proqramıdır. Onlar Qüdsü İsrailin paytaxtı olaraq görür və Fələstini yalnız Qəzzadan ibarət hesab edirlər. Onlara görə bir köçkünün belə ölkəyə geri qayıtması qadağandır və İordaniya ilə sərhədlər də İsrailə məxsus olmalıdır. Qüds mövzusu heç vaxt unudulmayacaq. Düşmənin bu barədə atdığı addımlar nəticəsiz qalacaq. Müqavimət cəbhəsi günü gündən daha da güclənəcək. İsrailin hərbi naziri müqavimətin qələbələrini etiraf edir və 1967-ci ildən bu günədək qələbə qazanmadıqlarını deyir. Elə bu səbəbdən onlar dünən Misiri müqavimət cəbhəsindən uzaqlaşdırmaq, bu gün isə Suriyanı məhv etmək istəyirlər.”

Bölgədə olan böhranlar barədə də danışan Seyid Nəsrullah  “Liviyada daxili savaş davam edir. Bəhreyndə isə etirazçılar ağır şəkildə zülmə məruz qalırlar. Səudiyyənin Əvamiyyə bölgəsində də oxşar hadisələr baş verir. İraq qüvvələrinin İŞİD əleyhinə qazandığı uğurlar təqdirə layiqdir. İraq xalqı güclü imana sahibdir və İŞİD mövzusu bu ölkədə zamandan asılıdır. İŞİD İraqda aradan getmiş hesab olunur və bu İsrail üçün yaxşı xəbər deyil. Suriyada da müqavimətin nəticəsi bu oldu ki, hakimiyyətin devrilmə təhlükəsi aradan getsin. Yəməndə davam edən müavimət də siyasi, milli və hərbi yöndən çox güclüdür. Biz yəmənlilərin müqavimətin bir qolu olması ilə fəxr edirik. Bu xalq 3 ildir ki, mühasirədə olmalarına baxmayaraq qəhrəmanlıq göstərirlər.”, -deyə əlavə edib.

Beynəlxalq “Qüds günü “ ilə bağlı islam ümmətinə səslənən Seyid Nəsrullah bildirib: “Bəhreyn, Suriya, Yəmən, İraq və Liviya hadisələri Fələstin məsələsinin unudulması üçün yaradılıb. Fələstinlilər və bu işlə məşqul olanlar heç vaxt ümidlərini itirməməlidirlər. Bilsinlər ki, sabit durmaq və dözümlü olmaq qələbəyə aparan yoldur. ABŞ və İsrail rejimi də bilsin ki, Fələstin xalqı və islam ümməti heç vaxt İsraili rəsmi olaraq tanımayacaq və bununla da Tel-Əviv bölgədə işğalçı və terrorçu rejim olaraq qalmağa davam edəcək. Terrorla mübarizə Səudiyyə Ərəbistanının özündən başlanılmalıdır. Bölgə ölkələri bu rejimdən İsraillə əlaqələrin adiləşdirməsini dəb salmamağı tələb etməlidir. İslam ümməti bu rejimdən Yəmən əleyhinə müharibəni dayandırmağı və Bəhreyn, Suriya və İranın daxili məsələlərinə müdaxilə etməməyi tələb etməlidir.”


“Hizbullah” lideri beynəlxalq “Qüds günün”-nün 38-ci il dönümü münasibəti ilə çıxış edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap