header

 “Qüds Günü və Qarabağ” mövzusunda dəyirmi masa keçirilib, bəyanat qəbul olunub - FOTO

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Qüds Günü və Qarabağ” mövzusunda Dəyirmi Masa keçirilib

Tədbirdə QAT sədri Akif Nağı, DEVAMM sədri İlqar İbrahimoğlu, AİP-in sədr əvəzi İlham Əliyev və digər ictimai-siyasi nümayəndələr iştirak edib.
 
Dəyirmi Masada iştirak edənlər bu gün bütün dünyada böyük problemlər, qarşıdurmalar içərisində olduğunu və terror, zorakılığın geniş yayıldığını bildirib. Onlar İslam dünyası, müsəlman ölkələrinin daha ağır vəziyyətdə, acınacaqlı durumda olduğunu vuruğulayıb. 
 
Sonda bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, biz "Beynəlxalq Qüds günü"nü İslam dünyasının özünün öz problemlərini həll etməsinə, İslam həmrəyliyi və vəhdətinə çağırış kimi dəyərləndiririk. İslam Dünyası Fələstin, Dağlıq Qarabağ, Suriya, Kəşmir və digər problemlərə düçar edilmişdir. Bu problemlərin ədalətli həlli İslam dünyasının birliyindən və həmrəyliyindən keçir. Dünyanın ən faciəli olaylarından biri Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalı ilə bağlıdır. Fələstinlilərin haqlı mövqeyi bütün dünya tərəfindən və ilk növbədə İslam ölkələri tərəfindən müdafiə olunmalıdır.
 
Bəyanatda həmçinin bildirilir ki, başqasının ərazisini işğal edən millət və dövlət heç vaxt öz xoşbəxtliyinə nail ola bilməz. Bu, tarixi bir həqiqətdir və zamanla sübut olunub. İsrail rejimi xalqı bu həqiqəti dərk etməlidir. 
İşğalçı Ermənistan da başa düşməlidir ki, Azərbaycan heç vaxt  işğalla barışmayacaq və torpaqlarını hərbi yolla azad edəcəkdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dair Qərb dünyasına, beynəlxalq təşkilatlara bağladığı ümidlər özünü doğrultmadı. Azərbaycan yalnız öz gücünə və İslam dünyasının dəstəyinə arxalanaraq erməni işğalına son qoya bilər. 
İslam dünyası birlikdə bütün problemlərini uğurla həll edə bilər. Biz bütün İslam ölkələrini düşmənlərin təxribatına imkan verməməyə, tam həmrəylik  və vəhdətə nail olmağa çağırırıq. Gücümüz birliyimizdədir!.Allah haqq yolunda olanlara kömək olsun. Amin! /
 
 
 
 
 
 
 
 
 
 
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Qüds Günü və Qarabağ” mövzusunda Dəyirmi Masa keçirilib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap