Ərəbistanın mufti-əzəminin Qətər haqqındakı fətvası
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:28 PM
Ərəbistanın mufti-əzəminin Qətər haqqındakı fətvası
Tashaio.com-Ərəbistanın mufti- əzəmi Əbdüləziz bin Abdullah Al-Əşşeyx
Əl-Həyat qəzetinə verdiyi müsahibədə demişdir: Ərəbistan və digər ölkələrin Qətərə
qarşı son təşəbbüsləri icra yönümlüdür, müsəlmanların və qətərlilərin özünün gələcəyinin
xeyrinədir. Bu təşəbbüslər hikmət və bəsirətə əsaslanır və hamının xeyrinədir!
O, iddia etmişdir ki, Ərəbistanın kralı Məlik Salman bin Əbdüləziz çoxlu məlumata
malik olan bir xibrə siyasətçidir, yaxşılıq və xeyirli istiqamətdə hərəkət
edir. Ərəbistana edilən ittihamlar yersiz və batildir. Ərəbistan düzgün iş görən
bir islam ölkəsidir və islama və müsəlmanlara çoxlu xidmət etmişdir. Ərəbistan
etimad ediləsi bir ölkədir, heç kimin işinə müdaxilə etmir, haq yolda gedir,
heç kimdən pislik görməmişdir, çünki həmişə doğru yolda olmuşdur! Al-Əşşeyx
demişdir: Məhəmməd bin Əbdülvahabın (o, sünni Hənbəli məzhəbində yeni nəzər
yaratmışdır ki, sonralar müsəlmanların və Səudiyyə Ərəbistanın sünni alimləri
arasında vahabilik adı ilə kök salmışdır) simasını zədələməyə səy göstərilir.
Onun dəvəti şirkdən uzaqlaşmaq üçün islahatçı bir dəvət idi. Son vaxtlar
Əbdülvahabın nəvələri tərəfindən verilən bəyaniyyə və Qətərin sabiq əmirinə mənsubluqdan
imtina etmələri hamıya məlum idi. Özünü Əbdülvahaba qondarma mənsub hesab edən
adam bu işini tərk etməlidir. O, İxvanülmüsliminin Ərəbistana qarşı fətvası və
onun regiondakı rolu haqqında demişdir: müsəlmanlar ilahi təqvaya malik olmalı əhli-kitab
və sünnə haqqındakı mövqelərini konkretləşdirməli və boşboğazlıqdan çəkinməlidirlər.
Mən İxvanülmüslimin və başqalarından istəyirəm ki, bəzi fikirlərin fanatı
olmasınlar. Onların Ərəbistanı ittiham etmələri düzgün olmazdı.