header

 Qarabağ Türkiyənin yeni ixtilaf salma alətidir

Qarabağ Türkiyənin yeni ixtilaf salma alətidir

Tashaio.com-Qarabağ münaqişəsi regionda ilk və ən uzunmüddətli etnik müharibədir. Soyuq müharibədən sonra geniş və mürəkkəb xarakter daşıyan müharibələrdən birirdir. Dağlıq Qarabağ regionu Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut rayonlarından ibarətdir və 4400 kvadrat kilometr sahəsi vardır. Bu region 1988-ci ildən etibarən Azərbaycan və Ermənistan ölkələri arasında ixtilaf mövzusudur. Əlbəttə Türkiyənin regiona müdaxiləsi və türk mediyasının təbliğatları səbəb olmuşdur ki, Qarabağ türklərin tərəfindən Qafqaza təsir buraxmaq üçün siyasi bir alət kimi istifadə edilsin. Türkiyənin regiondakı siyasətlərinin əsas cəhətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

1-Millətçiliyin yayılması. Avropa dillərində nasion adlanan millət sözü “nasci” (anadan olmaq) mənasındadır və XIII əsrdən etibarən rəvac tapmışdır. Nasion əslində bir xalqa işarə edir ki, soy və doğulma yerin əsasları ilə bir-birilə əlaqədədir . Avropada ronesansın əmələ gəlməsindən, kilsə qüdrətinin tənəzzülə uğramasından, feodalizmın aradan getməsindən və burjuvaziyanın yeni sinif kimi formalaşmasından sonra millət termini tədriclə qüdrət və hakimiyyət məfhumunu daşımağa başladı. Deməli nasionalizm sözü əslində siyasi xarakter daşımırdı və get-gedə XIIX əsrin sonları və XIX əsrin əvvəllərində Avropanın siyasi terminologiyasına daxil oldu. Əlbəttə millətçiliyin Avropada inkişafı nəticəsində dünyanın digər nöqtələrinə də yayldı və müqəddəs bir ideoloji əsasa çevrildi. Qarabağ böhranı və Azərbaycanın Ermənistanla toqquşması səbəb oldu ki, türklər Azərbaycanla mədəni və dil qohumluğundan istifadə edərək bu mövzudan sui-istifadə edib özünü bu ölkənin yeganə himayədarı kimi təqdim etsin, regional əməkdaşlığı daha da artırmaq üçün millətçiliyi rəvac verməyə başlasın. Türkiyə rəhbərləri ümid edirlər ki, millətçiliyi rəvac verib öz hədəflərinə istiqamətləndirməklə İranın daha dərin dini (regionun şiəlik əsasını) nəzərə alaraq nüfuzunu azaltsınlar.

2-Regionda nüfuz etmək: Türkiyə Qarabağ böhranından istifadə edərək Azərbaycan xalqını təhrik etməklə öz nüfuzunu artırmaq fikrindədir. Ümumi fikrin Qarabağ böhranına həssaslığı və böhranın davam etməsi səbəb olmuşdur ki, Türkyə həmin böhrandan istifadə etməklə Azərbaycan respublikasındakı nüfuzunu qanuni göstərə və artıra bilsin.

3-Türkdillilər arasında mövqe qazanmaq: Türkiyə və onun rəhbərləri özlərini dünya türklərinin yeganə himayədarı kimi təqdim etməyə çox meyillidirlər. Qarabağ böhranı onlar ümçün əlverişli şərait yaratdı. Nəzərə alsaq ki, “türk” termini geniş mənada türk dilində danışanları ehtiva edir, tükdilliləri şərqi və qərbi qrupa bölmək olar. Şərq qrupu keçmiş SSRİ-nin türk əhalisini (Azərbaycan respublikasını çıxmaqla), Çinin Sinkiyang regionunu, qərb qrupu isə Avropanın türk əhalisini, qərbi Asiyada, Türkiyə və Azərbaycan respublikasında sakin olan türkləri ehtiva edir. Türkiyə regionda millətçilik hissiyyatını təhrik edib onunla oyanayaraq region əhalisinə rəhbərlik etməyə və özünü türk dünyasının rəhbəri kimi təqdim etməyə meyillidir. Türkiyənin oynadığı belə bir rol səbəb olacaqdır ki, bu ölkə regional bir qüdrət kimi regionun bütün siyasi hadisələrini əlinə keçirsin.

4-Osmanlı ideyasının bərpası: Qarabağ böhranı və Azərbaycan respublikasının Ermənistanın qarşısında məğlubiyyəti türkdilli ölkələrdə Osmanl ideyasının yayılmasına əlverişli şərait yaratmışdır. Türkiyə həmin böhrandan istifadə edərək türkdilli regionlarda Osmanlı ideyasını aşılamaqdadır: böyük və qüdrətli türk imperiyası yarandığı təqdirdə bu kimi hadisələr baş verməyəcəkdir. Demək Türkiyə Qarabağ böhranından məqsədyönlü istifadə edir və onun həllinə razı deyildir və bu böhranın daha da intensivləşməsinin tərəfdarıdır.

Qarabağ Türkiyənin yeni ixtilaf salma alətidir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap