Ərəbdilli analitik sayt: Türkiyə cəmiyyəti iki qütblülük istiqamətində hərəkət edir
Posted on : Video 10/16/2017 1:00:26 PM
Ərdoğana yönələn şoklar
Tashaio.com-Türk rəsmiləri bazargünü (16
apreldə) elan etdilər ki, konstitusiyada aparılan islahatlar və Türkiyə hökuməti
sisteminin president sisteminə çevrilməsinə dair referendum 51.5 faiz səslə əhalinin
təsdiqini qazanmışdır. Referandumda seçkidə iştirak edənlərin 48.5 faizi mənfi
səs vermişdir. Ötən günün seçkisi Türkiyənin daxili və beynəlxalq simasını dəyişdirə
bilər. Noun-Post analitik xəbər portalı bir məqalədə təsdiq olunmuş
konstitusiyanı Türkiyə tarixində ən mühüm kontitusiya hesab etmiş və
referanduma hakim olan şəraiti və ətraf mövzuları araşdırmışdır.
Ərdoğana, Ədalət və inkişaf partiyasına yönələn şok zərbələr
Seçki şəraitinə malik olanların 86 faizi referandumda
iştirak etmiş və icmalçıların dediyinə görə keçmiş seçkilərlə müqayisədə
iştirak edənlərin sayı ən yüksək səviyyədə olmuşdur. Cəmiyyətin iki qütblülüyü
isə əhalinin iştirakında böyük rol oynamışdır. Əhalinin yüksək səviyyədə
iştirak etməsinə baxmayaraq hakim partiya İstanbul və Ankarada böyük məğlubiyyətə
uğramışdır. Xüsusilə Ədalət və inkişaf partiyasının özünün mərkəzi qərargahı
hesab etdiyi İstanbulda 51.2 faiz mənfi səs verilmişdir. Keçən seçkilərdə həmişə
bu partiya İstanbulda qələbə qazanırdı və türklər belə bir qənaətə gəlmişdilər
ki, İstanbulda əldə edilən hər hansı bir nəticə ümumtürkiyə nəticəsinə təsir
buraxır. Daha doğrusu siyasətçilər İstanbulu “kiçik Türkiyə” hesab edirdilər.
Ankarada da əhalinin 51 faizi referanduma mənfi səs vermişdir. Hal bu ki, Ədalət
və İnkişaf partiyası bu şəhərdə böyük qələbə qazanacağını güman edirdi. Xalq
demokrat partiyasının qərargahı olan Kürd məskunlu Diyabəkir əyalətində əhalinin
cəmi 32 faizi müsbət səs vermiş, 68 faizi isə konstitusiyanın dəyişilməsinə
razılıq verməmişdir. Siyasi icmalçılar Diyarbəkir əhalisinin mənfi səsini ədalət
və inkişaf partiyasının milli dirçəliş partiyası ilə koalisiya təşkil etməsində
görür və inanırlar ki, bu partiyanın referandumu dəstəkləməsi yeni
konstitusiyanı bu nəticəyə məruz qoymuşdur. Daha böyük şok budur ki, ədalət və
inkişaf partiyası parlament seçkilərində milli dirçəliş partiyası ilə
qaşı-qarşıya olduğu vaxtda daha yaxşı nəticə qazanmışdı. Indi isə milli dirçəliş
partiyasının dəstəyinə rəğmən 51.5 faizdən yaxşı nəticə qazana bilməmişdir. Bu
da milli dirçəliş partiyası rəhbərləri ilə xalq arasında böyük məsafə olduğunu
göstərir.
Yeni konstitusiyanın məzmunu
Naun-Post məqalənin davamında yeni konstitusiyanın qeyri-adi
və kəskin qələbəsinə işarə edərək əsas dəyişiklikləri araşdırıb yazır:
referandumun nəticəsi olaraq Türkiyənin hökumət sistemi parlmentarizmdən
prezidentliyə keçir, baş nazir vəzifəsi ləğv olunur və onun yerinə president
neçə müavin təyin edir. Habelə president nazirlərin və yüksək rütbəli rəsmilərin
təyin və kənarlaşdirma sərəncamına malik olur. President həmçinin ali hakimlər
şurasının müəyyənləşdirməsində geniş səlahiyyətə malik olur. Belə ki, birbaşa və
dplayısı yolla şura üzvlərinin altısını təyin edir. Qalan yeddi nəfəri isə məclis
seçir. Konstitusiyada baş verən digər dəyişikliklərdən hərbi məhkəmələrin ləğv
edilməsidir və bundan sonra komendant elan edilməsi şəraiti məhdudlaşacaq və
ölkəni hədələyən, yaxud əhalinin birliyinə yönələn zorakiliqlara məhdud
olacaqdır. Həm də yalnız president fövqəladə halları elan edəcək. Məclis iəs
yalnız onun müddətini ozadıb, qısalda biləcək. Bundan əlavə deputatların sayı
550 nəfərdən 600 nəfərə artacaq. Deputatlıq yaşı isə 25 ildən 18 ilə enəcəkdir.
Parlament və prezidentlik dövrü də 5 il olacaqdır. Parlament prezidentin icra fərman
və sərəncamlarına nəzarət edə biləcəkdir. Konstitusiya 2019-cu ildən qüvvəyə
minəməlidir və bir nəfər yalnız iki dəfə president seçilə bilər. Türkiyə
parlamenti yanvarın 21-də konstitusiya dəyişikliyini qəbul etmişdir. Türkiyə
respublikası təşkil edildikdən indiyə kimi konstitusiya dəyişikliyi 6 dəfə
referanduma qoyulmuş və 5 dəfə qələbə qazanmışdır (1961, 1982, 1987, 2007,
2010). Son referendum 7-ci referandumdur. Həm də ən çox seçici onda iştirak
etmişdir. Icmalçıların bir çoxunun fikrincə Türkiyəni siyasitçilərin arasında
yaranacaq geniş mübahisələr və problemlər gözləyir. Çünki bu konstitusiya
minimum səslə qüvvəyə minəcək və ümumxalq razılığını itirmişdir. Buna görə də
Türkiyədə iki qütblülüyün şahidi olmalıyıq.