Britaniyada çirkli pulu yumaq və korrupsiyaya qarşı mübarizə
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:25 PM
Londonda adsız və ünvansız əmlak sahibləri arasında Azərbaycan respublikasının rəsmiləri də vardır!
Tashaio.com - Azərbaycan respublikası
informasiya vasitələrində yayılan xəbərlərə əsasən dəniz şirkətləri vasitəsilə
Londonda daşınmaz əmlak və mənzil alan xarici ölkə rəsmiləri və dövlət işçilərinin
adı və xassələri özəl bir siyahıda qeyd olunacaqdır. Əldə olan məlumata görə
xarici rəsmilər aldıqları əmval və əmlakı Britaniya adalarında və Vircində
mövcud olan dəniz şirkətlərinin vasitəsilə dövlət qediyyatından keçirirlər. Buna
görə də bir çox hallarda bu kimi əmlak sahibləri tanınmır. Lakin onlar luks mənzillərə
aid yeni qanunun həyata keçirilməsilə öz həqiqi kimliklərini bildirməli
olacaqlar. Britaniya milli agentliyinin praqnozlarına əsasən korrupsiyaya qarşı
mübarizəyə dair yeni qanun əmlak bazarında şəffaflığın artmasına səbəb olacaq,
xüsusilə də Londonun mərkəzi rayonlarında əmlak sahibi olan xarici vətəndaşların
kimliyi məlum olacaq və bununla da çirkli pulu yumağa qarşı mübarizə mümkün
olacaqdır. Britaniya peşə nazirinin müavini Marqo Ceyms bununla əlaqədar
demişdir: sadiq və vicdanlı tacirlər bu qanundan nigəran olmasınlar. Britaniya
mediyasının statistik məlumatına əsasən xarici ölkə rəsmilərinin çoxu Vestmenster,
Konsinqton və Çelsidə əmlak almışlar. Son vaxtlar Londonun ətrafında 14 məzrəə
satılmışdır ki, onların 80 faizini xarici vətəndaşlar almışlar. The Times qəzeti
xəbər verir ki, Londonda yerləşən The London City İsland mənzil kompleksindəki
mənzillərin sahiblərinin çoxu xaricilərdir. Misal üçün bir yaşayış kompleksində
müştərilərə təklif edilən 289 mənzildən cəmi ikisinin sahibi britaniyalıdır. Bu
kompleksdəki bütün mənzillər Çin, Azərbaycan respublikası, Yapaniya, Zimbabve və
digər 14 ölkə vətəndaşları tərəfindən alınmışdır.