İllik AİPƏK konfransında “Azərbaycan-İsaril əlaqələri”nə dair simpozum və bununla əlaqədar neçə sual
Posted on : Video 10/16/2017 1:00:25 PM
Dünyada işğalçılıq siyasəti Azərbaycan respublikasının AİPƏK konfransında iştirak etməsilə öz təsdiqini tapmışdır
Tashaio.com - ABŞ-n ən nüfuzlu yəhudi təşkilatı olan AİPƏK tərəfindən
Uaşinqtonda siyasi konfrans keçirilmişdir. Təşkilatın 19 min nəfərin iştirakı
ilə keçirilən bu ilki konfransında 26 martda keçirlən “İsrail və Qafqaz
regionunun yeni tərəfdaşları” adlı xüsusi simpozum Azərbaycan respublikası və
İsrail arasındakı əməkdaşlıq münasibətlərinə həsr olunmuşdu. Azərbaycan
respublikasının ABŞ-daki səfiri Elin Süleymanov neçə ildir ki, AİPƏK
konfransının sabit iştirakçısıdır və bu konfransa da özəl məruzəçi kimi
qatıldı. Azərbaycan diplomatı sözlərinin başlanğıcında dövlətin Azərbaycan
xalqına göstərdiyi sıxıntılara işarə etmədən bu ölkədə müsəlmanlarla yəhudolərin
və digər din qruplarının birgə və dinc yaşayışına işarə etdi. Azərbaycan
respublikasının səfiri İsrailin Azərbaycanın ən yaxşı dostlarından biri kimi
adını çəkdi. O, İsrail rəsmilərinin ölkəsinə etdiyi mütəmadi səfərlərinə işarə
edərək xatırlatdı ki, bu gəl-get mədəni, siyasi və humanitar əlaqələrin
inkişafına səbəb olmuş və daha da möhkəmlənməsinə səbəb olacaqdır. O, öz sözlərinin davamında Azərbaycan
respublikası və Amerikanın enerji və terrorçuluğa qarşı mübarizə sahələrindəki əməkdaşlıqlarını
və Amerikanın regiondakı enerji layihələrinin daimi dəstəklədiyini
vurğulamışdır. O, həmçinin Amerikanın cənubi Qafqazdakı uzunmüddətli mənafeyinə
əsaslanan strateji funksiyasını geosiyasi sahələri üçün zəruri hesab etmişdir.
Avrasiya yəhudilərinə dəstək milli koalisiyanın icraçı direktoru Mark Luinin
idarəçiliyi ilə keçirilən simpozumda Corc Taun universitetinin tədqiqatçısı və
Hifa universitetinin professoru Branda Şiffer, Ortaasiya və Qafqaz institutu,
eləcə də Can Hokinz universiteti İpəkyolu araşdımalar proqramının sədri Svant
Korner çıxış etmişlər. Svant Korner və Branda Şiffer öz çıxışlarında Azərbaycan
respublikasının açıq və tolerant ictimaiyyətinə işarə edərək prezidentin bu
istiqamətdəki rolunu vurğulamışlar. Onlar Azərbaycan respublikasının işğal
olunmuş 20 faiz ərazisinin azad olunması zəruriliyinə işarə etmədən yəhudilərin
bu ölkədəki əlverişli şəraitindən danışmış və Azərbaycan respublikasını
alqışlamışlar. Bu haqda neçə sual irəli sürmək olar:
1-görəsən Azərbaycan respublikasınının səfirinin sionist
işğalçı rejimin tərəfdarlarının toplaşdığı bir konfransda iştirak etməsi dünya
səviyyəsindəki işğalçılıq siyasətini təsdiq etmək deyildirmi?
2-niyə müsəlman bir
ölkənin səfiri elə bir konfransda iştirak edir ki, onun bütün planları islam və
müsəlmanların ziddinə və imperialist siyasətlərinin dünya səviyyəsində təsbitinə
yönəlmişdir?
3-niyə Azərbaycan respublikasının məsulları işğal olunmuş ərazini
azad etmək üçün dünya müsəlmanlarının və xüsusilə Azərbaycan əhalisinin Aşura
qüdrətinə arxalanmaqdansa müsəlmanların and içmiş düşməni olan sionist lobbisinə
arxalanır və etimad edir?
4-görəsən Azərbaycan
respublikası dövlət adamlarının belə konfranslarda iştirak etməsi bu ölkənin
müsəlman əhalisinin müqəddəratını sövdələşmək deyildir? Belə ki, bir tərəfdən
qüdrət Əliyev ailəsində təsbit olur, digər
tərəfdən isə dünya imperializminin, xüsusilə İsrail və Amerikanın regional
maraqları təmin olur.
5-Doğrudan da bu kimi əlaqələrin Azərbaycan respublikasının
siyasi və iqtisadi problemlərinin həllinə, xüsusilə 20faiz işğal olunmuş ərazinin
azad olunmasına hansı təsiri buraxa bilər?
6- yaxşı olmazdımı ki, müsəlman bir ölkənin səfiri böyük
şeytan, yəni cinayətkar Amerikanın mənafeyinin təmin olunmasına söz verməkdənsə
müsəlmanların mənafeyini nəzərə alaydı? Niyə Azərbaycan respublikası dövlət
adamları Amerika və İsrailin nökəri olan və onların regional hədəflərini təmin
edən Qəddafi, Səddam, Məhəmmədrzaşah Pəhləvi, Hüsni Mübarək və başqa
diktatorların taleyindən ibrət götürmürlər?
Şübhəsiz, Azərbaycan respublikasının qeyrətli və müsəlman əhalisi
dövlətin apardığı bu kimi xəbis siyasətləri qəbul etməyəcək, müsəlmanların ilk
qibləsinin işğalçılarına dostluq əlini verməyəcəklər.
qeyd etmək lazımdır ki, AİPƏK tərəfindən təşkil edilmiş
konfransda əsas mövzular Amerika-İsrail münasibətlərinə həsr edilsə də Azərbaycan
respublikasının Qafqaz və dünya siyasətindəki roluna həsr edilmiş simpozumun
özü düşündürücüdür. Deməliyik ki, Amerika-İsrail əlaqələri komitəsi (American
Israel Public Affairs Committee) AİPƏK ABŞ-da ən qüdrətli lobbilərdən biridir.
100000-dən çox üzvü olan bu qrup hər il Amerika dövləti və qanunvericiliyinin
müsəlmanlara qarşı siyasətinə nüfuz etmək üçün milyonlarla pul buraxır.