header

 Azərbaycan respublikasının ziyalıları “iki dövlət bir millət” şüarından üz döndərir

Fazil Mustafa kimi İran və şiələrə qarşı mütəmadi təbliğat aparan şəxslər niyə Azərbaycanı Türkiyəyə bitişdirmək istəyində olan Ərdoğanın müşavirinin sözləri qarşısında sakit dayanırlar?

Tashaio.com - Son vaxtlar Azərbaycan respublikası milli məclisinin deputatı Arif Rəhimzadə Rusiyanın (km.ru) portalına verdiyi müsahibəsində demişdir: “hər halda biz türk deyilik. Türklər bizdən tam ayrı bir millətdirlər. Çar Rusiyası isə Osmanlı türklərinin Qafqaz regionuna buraxdığı təsirin qarşısını almaq üçün erməniləri regiona köçürtdü. Bizim bədbəxtliyimiz Çar Rusiyasının bizi türk hesab etdiyindən irəli gəlir”. Bu bir cümlə isə “iki dövlət millət” şüarı ilə Azərbaycan respublikası əhalisinin pak hissiyyatına rəhbər kəsilərək bu hilə ilə bir çox həqiqətləri ört-bastır elədilər və bu deputata qarşı hücuma keçdilər. Azərbaycan respublikası “virtual Az” internet portalı Arif Rəhimzadənin sözlərinin qalmaqallı olduğunu deyərək artırmışdır: Heydər Əliyevin Türkiyə və Azərbaycan respublikasını “iki dövləti olan bir məllət” kimi təqdim etməsindən keçən iki onillik ərzində bu ifadə ölkənin siyasi və social ictimaiyyətində yerləşmişdir. Digər tərəfdən isə Bakıda Türkiyənin tərəfdarı olan mediyada A. Rəhimzadəyə qarşı qalmaqal başlandıqdan sonra Yeni Müsavatın türkçü internet portalı bu haqda yazmışdır: “məhşərdə Arif Rəhimzadədən üzr istəməsi tələb ediləcəkdir!”. Bəzi digər rəsmi saytlar, o cümlədən oxu.az saytı professionallıqla və əhalini dırnaqarası danışdırmaqla göstərmək istəyirlər ki, guya əhalının bu sözə müsbət münasibəti yoxdur. Rəsmi saytların bu təşəbbüsləri qarşısında virtual məkanda deputatı dəstələməklə yanaşı Azərbaycan respublikasının ağır günlərində Türkiyənin mövqeyini tənqid etməyə başladılar. Bir çox yazılarda belə bir ifadəyə rast gəlmək olur: “niyə öz əsil kimliyimizi unudaraq Azəri olmağımızla fəxr etməyək? unutmuşuqmu ki, Azərbaycan xalqı 20 yanvar hadisələri ilə əlaqədar Türkiyədən yardım istəyəndə Turqut Özal demişdi: "Azərbaycanlılar Anadoludakı Türk xalqlarından daha çox İrandakı azərilərə yaxındılar. Onlar şiə, biz isə sünniyik."

Əcnəbi amillərinin bütün qalmaqallarına baxmayaraq A. Rəhimzadə verdiyi son müsahibəsində məntiqi faktlar gətirərək öz mövqeyində qaldığını vurğulamışdır. Əlbəttə bu mübahisələr Ərdoğanın yüksək rütbəli müşavirlərindən birinin Azərbaycan respublikası və İraqın şimalının Türkiyəyə birləşdirilməsi planına dair sözləri haqqında görüntülərin aşkarlanması Azərbaycan xalqının hissiyyatına toxunmuş və onlar etiraz edərək virtual məkanda “biz Azəri olmağımıza fəxr edirik” kampaniyası təşkil etmiş və “iki dövlət bir millət” şüarına real baxmağı vurğulamışlar. Həmin hadisələr və Azərbaycan respublikası ziyalılarının son neçə ay ərzində Türkiyə ilə əlaqədar dedikləri göstərir ki, əvvəla həqiqət həmişəlik gizli qlmır. Bu ölkədə elmi və tarixi həqiqətlərə əsasən qaranlıq nöqtələri xalqa aydınlaşdıran və bir çox xainlərin həqiqi simasını müəyyənləşdirən sədaqətli və azad düşüncəli ziyalılar olacaqdır.

Ikincisi, son neçə ay ərzində və analoji hadisələrdə Fazil Müstafa kimi bir sıra agentlər öz varlıqlarını millətçi, gülənçi, sionist təfəkküründə və xalqın əsil kimliyi olan şiəlikdən kənarlaşmasında görənlər tarixi həqiqətlərə qarşı təbliğatla məşğuldurlar. Bu təbliğat yalnız deyilən mövzu ilə məhdudlaşmır, digər analoji sahələri də ehtiva edir. Misal üçün Araz Əlizadənin Osmanlı imperiyası və Nuri Paşaya qarşı tənqidçi mövqeyinə işarə etmək olar. Azərbaycan respublikası milli məclisinin deputatı A. Əlizadə Osmanlı imperiyası və islam