header

 Azərbaycan dindarlarını əhalinin mənafeyinin müdafiəsinə görə həbsə alır və işkəncə edirlər

Azərbaycan əhalisinin din xadimlərinin tərəfini saxlaması Aəzrbaycan respublikası dövlətinin bütün dəsisələrini pozmuşdur

Tashaio.com - Son vaxtlar heyrət və təəccüb doğuran bir xəbər yayımlanmışdır ki, Aəzrbaycan respublikasının şiə din xadimi şeyx Sərdar Hacıhəsənli Masallı şəhəri icra başçısının şikayəti nəticəsində cümə namazı qıldığına görə saxlanılmışdır?! Özünü islam dünyasının bir hissəsi və hətta islam dünyasına bir nümunə kimi göstərməyə çalışan bir hökumət hansı dəlilə görə islam təbliğatçısını cümə namazı qıldığına gərə saxlayır və məhkum edir? Doğrudan da bu, gülünc və təəssüf doğuran bir hadisədir. Ruhu, canı mülayımləşdırən, könülləri günahdan təmizləyən və məsiyət pasını ürəkdən silən, müsəlmanların səfini sıxladan və daha artıq həmrəylik yaradan cümə namazı müsəlman bir ölkənin təhlükəsizliyini hədələyə bilərmi?!

Bəs Aəzrbaycan respublikası din xadimlərinin günahı nədir?!

Aəzrbaycan respublikası din xadimlərinin günahı budur ki, onlar dövlətlərinin təbliğat proqramlarının xalqın inamlarını, həqiqi milli və mənəvi dəyərlərini inikas etdirməsini istəyirlər. Aəzrbaycan respublikası dindarlarının günahı budur ki, onlar Allahın bəxş etdiyi sərvət islam və müsəlmanların birinci düşməni sionist rejimin enerji təhlükəsizyini təmin etməkdənsə ölkənin öz iqtisadi problemlərinin həllinə yönəlməsini, sionist rejimin neft tələbatının yarısından çoxunu təmin etməməsini istəyirlər. Aəzrbaycan respublikası dindarlarının günahı budur ki, onlar informasiya vasitələrinin humanitar ilahi və mənəvi məzmun daşımasını, əhalinin mənəviyyatını cilalandırmasını, canlarını yaralamamasını istəyirlər. Aəzrbaycan respublikası dindarlarının günahı budur ki, onlar istəyirlər dünyanın bütün şiələri kimi Azərbaycan şiələri də Məhərrəm günləri və Aşura əzadarlıqlarinda əza dəstələri yola salsın, bu ölkənin müsəlman əhalisi belə hüquqa malik olsunlar, ayıb və laqeydlik heykəli olan küçə konsertlərinin tamaşaçısı olmasınlar. Aəzrbaycan respublikası dindarlarının günahı budur ki, onlar sağlam bir cəmiyyətə malik olmağı, qanundan kənar doğumların ilbəil artmasının, intiharın, uşaqların və yeniyetmələrin cinayətə meylinin, qumarxanaların, Kazinoların, spirtli içkilər istehsalının artmasının şahidi olmamalarını, vahabi və terrorçu qropların mənəvi boşluqdan istifadə edərək gəncləri aldadıb İŞİD və Əl-Nəsrə kimi terrorçu qruplaşmalara üzv etmələrinin qarşısının alınmasını istəyirlər. Aəzrbaycan respublikasının dövlət adamları isə din xadimlərinin aydınlaşdırıcı fəaliyyətini, xalqı ayıltmasını istəmirlər. Buna görə də onları saxlayıb həbsə alırlar. Lakin Aəzrbaycan respublikasının müsəlman əhalisi din xadimlərinin tərəfini saxladığına görə Bakı hakimiyyəti heç vaxt bu ölkənin azəri şiə dindarlarının başladıqları hərəkatı dayandıra bilməyəcək. Bu hərəkatın ən yüksək zirvəsi Tasura və Aşura mərasimində özünü göstərmişdir. Belə bir vəziyyətdə Aəzrbaycan respublikası rəsmilərindən təvəqqe olunur ki, bu ölkənin şiə din alimlərinə qarşı ədəbsizliyə son qoysunlar və islamçı dustaqların, xüsusilə Allaha itaət və xalqa xidmətdən başqa məqsədi olmayan, həmişə müsəlman əhalinin birliyini, həmrəyliyini, islam dininin yüksəlişini tərənnüm edən bu məzlum din xadiminin azadlığını təmin etsinlər. Eləcə də Aəzrbaycan respublikasının müsəlman və dindar camaatı ayıq olmalı və ismət və təharət əhlibeyti diyarının beynəlxalq vahabi və sionizmin xəlvətxanasına çevrilməsinə yol verməsinlər.


Azərbaycan əhalisinin din xadimlərinin tərəfini saxlaması Aəzrbaycan respublikası dövlətinin bütün dəsisələrini pozmuşdur
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap