Son hadisələr Azərbaycan dövlətinin islamın əsasını nişan aldığını göstərir
Posted on : Video 10/16/2017 1:00:24 PM
60 gün həbs cəzası yalnız Qarabağ şəhidinə salavat demək günahına!! / Azərbaycan respublikasının müsəlman əhalisi “hüseynçi möcüzəsi” ilə dövlətin anti-isalm təşəbbüsünə cavab verir
Tashaio.com - Bu ölkədə məktəbli qızların hicabına qadağa qoyulduqdan
sonra din alimlərinin saxlanılması, məscid və hüseyniyyələrin təxrib olunması,
mömin əhalinin din mərasimini yerinə yetirmək üçün şəhid edilməsi və Azərbaycan
respublikası dövlətinin son on ildə dinə zidd təşəbbüsləri hər gün daha
intensivləşir. Son xəbərlərə görə 85 faizi şiə olan bir ölkədə Məhəmməd və Al-Məhəmmədə
salavat demək də yasaq olmuşdur. Iki gün bundan əvvəl Azərbaycan
respublikasının polisi möminlərdən birini Qarabağ müharibəsində həlak
olanlardan birinin dəfn mərasimində salavat dediyinə görə saxlamış və 60 gün həbs
cəzasına məhkum etmişdir. Neçə gün bundan əvvəl Azərbaycan respublikasının
tanınmış dindarlarından Sərdar Həsənli Masallı rayonu icra başçısının şikayəti
ilə cümə namazı mərasimini keçirdiyinə görə saxlanılmışdır. Qeyd edək ki,
keçmiş SSRİ-nin 1991-ci ildə parçalanmasından, qeyrətli müsəlmanların və
xüsusilə 85 faizlik şiələrin rəhbərliyi ilə Azərbaycanda müstəqil dövlətin
yaranmasından sonra belə bir təvəqqe edilirdi ki, yeni yaranmış dövlət xalqa
minnətdarlığı əsas vəzifəsi hesab edəcək və SSRİ dövründəki dinə zidd
taptalamalara son qoyulacaqdır. Lakin çox keçmədən camaat başa düşdü ki, dünyəvi
dövlət öz hakimiyyətinin davamını əhalini taptalamaqda və din fəaliyyətinin
qarşısını almaqda görür. Buna görə də sionist rejiminin əlini Azərbaycan
respublikasının hökumət strukturunda açıq qoymuş və onun agentləri şiələri
taptalamaq üçün yeni plan hazırlayır və həyata keçirirlər. Bakı dövlətinin anti
islan təşəbbüsləri bir halda baş verir ki, 10 milyonluq nüfusunun 99.2 faizi
müsəlmandır. Müsəlmanların isə 85 faizi, yəni 7 milyon nəfəri şiədir. Azərbaycan
respublikası dövlətinin anti-islam təşəbbüslərindən son neçə ayda daha intensiv
xarakter alan hicaba qarşı mübarizəsinə və məscidlərin təxribinə işarə etmək
olar. Bu ölkənin “faktxəbər” internet portalının son xəbərlərinə əsasən Bakı rəsmiləri
Beyləqanda 6 nömrəli məktəbin müəllimi Könül Sadıqovanı hicaba görə işdən azad
etmələr. Xanım K. Sadıqova bununla əlaqədar demişdir: Məktəbin drektoru Hüseyn
Abasquluyev əmr etdi ki, məktəbə hicabsız gəlim. Mən isə hicabımı götürmədim. O
da məni işdən azad etdi. Məktəbin direktoru bu məsuliyyətli müəllimi “müqavilədə
qeyd olunmuş şərtlərə əsasən vəzifəyə əməl etməmək” bəhanəsilə məni işdən azad
etdi!
Hacı Mövsüm Səmədovun həbsi davam edir
Azərbaycan respublikası islam partiyasının rəhbəri hacı
Mövsüm Səmədov 2011-ci ildə hicabı dəstəklədiyinə görə yaxalanmış və 6 ildən
çoxdur ki, bu ölkənin təhlükəsizlik qüvvələrinin həbsxanasındadır. Azərbaycan
respublikasının ədliyyə rəsmiləri onu ittiham edə bilməmiş, ümumi ittiham kimi əhalini
cihada təhrik etməkdə günahlandırmışlar. Azərbaycan respublikasının tanınmış
politoloqu Zərdüşt Əlizadənin dediyinə görə Azərbaycan xalqının 90 faizindən
çoxu Bakı dövlətinin müxaliflərə vurduğu ittihamları qəbul etmir, onu yalan və
böhtan hesab edirlər. Zərdüşt Əlizadə artırmışdır: Azərbaycan respublikasında
islamçılığın yayılması nəticəsində dövlətin taptalama texnikası islamçı və xəlqi
qruplara yönəlmişdir. Səmədov yaxalanmazdan əvvəl bir çıxışda president İlham Əliyevi hicab probleminin səbəbkarı kimi təqdim etmişdi. Hal hazırda bu ölkədə
xristian, yəhudi və hətta bir bahai əncüməni fəaliyyət göstərməkdədir. Bu, bir
halda baş verir ki, islami əncümənlər və qurumların fəaliyyəti bu ölkədə problemlərlə
qarşılaşır. Səmədovun rəhbərlik etdiyi islam partiyası resenziya almamışdır.
Bütün bunlar göstərir ki, Azərbaycan respublikası hökuməti islamın əsası ilə
müxalifdir və onu öz məqsədlərinin qarşısında maniə hesab edir. Lakin bütün bu
anti-islam təşəbbüslərinə baxmayaraq ötən il Aşurada Azərbaycan respublikası əzadarlıq
dəstələri yasaq etsə də əhali fikir sahiblərinin dediyinə görə misilsizbir
yığıncaqda –bu ölkənin din xadimləri onu Hüseyn möcüzəsi adlandırdılar-şəhidlər
salarına əzadarlıq etdilər və din inamlarının bir bucağını nümayiş etdirdilər.
Bu, Azərbaycan dövlətinə bir dərs ola bilərdi. Öz hakimiyyətlərinin davamını
istəseydilər əhalinin din etiqadı və Hüseynçi zövqu ilə müxalifət etməkdən əl çəkərdilər. Buna da işarə etməliyik ki, Azərbaycan
respublikası neçə il bundan əvvəl “atlantis” strategiyası adlanan bir plan əsasında
əlaqə xətlərinin istiqamətini Qərb ölkələrinə və sionist rejiminə yönəltmişdir.
Buna görə də sionist qondarma rejimin baş nazirini Netanhayunu Azərbaycandan
görüş etməyə dəvət etdi. Bu dəvət müsəlman əhalinin müxalif olmasına rəğmən baş
tutdu! Görünür ki, Azərbaycan respublikası hələ bu həqiqəti başa düşməmişdir
ki, şiələri, yəni nüfusun 85 faizini taptalamaq, onlara işkəncə vermək və
saxlamaq yalnız öz dünyəvi hökumətlərinin əsasını sarsıtmağa gətirib çıxarar.
Elədir! Azərbaycan respublikası dövləti öz dinsiz sələfləri kimi dinə zidd təşəbbüslərlə
dini əhalinin həyatından silə bilməyəcəkdir. Çünki Allahın özü dinin
qoruyucusudur və Allah dininə yardım edənlər Allah tərəfindən yardım alacaqlar.