Bakının multikulturalist siyasəti sionistlərin ürəyini nə cür ələ gətirdi+Foto
Posted on : Video 10/16/2017 1:00:22 PM
Azərbaycan respublikasının daxil və xaricində 2016-cı ildə (multikulturalizm ilində) həyata keçirilmiş proqramlar göstərir ki, bu proqramların böyük hissəsi sionist təlimlərin təbliği və yəhudilərin bu ölkədəki yerini möhkəmləndirmək üçün planlaşdırılmışdır
Tashaio.com - Radio-televiziyanın
sərhəddən kənar tədqiqat birliyinin “Azərbaycan respublikasında
multikulturalizm siyasətinin nəticələri və hədəfləri” adlı araşdırması
yayımlanmışdır. Bu tədqiqat funksional tədqiqat birliyinin tərəfindən, Əhməd
Kaziminin elmi rəhbərliyi altında və Bürhan Hişmətinin vasitəsilə yazılmışdır.
Tədqiqat aşağıdakı mövzuları ehtiva edir: multikulturalizm nəzəri və praktiki cəhətdən,
Azərbaycan respublikası baxımından multikulturalizm, Azərbaycan respublikasında
multikulturalizmi həyata keçirən qurumlar, multikulturalizm ilində həyata
keçirilən daxili və xarici proqramların istiqaməti və funksiyaları, Azərbaycan
respublikasında multikulturalizm siyasətinin həyata keçirilməsində səkkiz
sionist təşkilatının rolu, Azərbaycan respublikasında multikulturalizm siyasətinin
yəhudi icmaları üçün nailiyyətləri, multikulturalizm ilində Azərbaycan
respublikası şiələrinin hüquqlarının pozulması dairəsi, Azərbaycan
respublikasında vahabiliyin, bahiliyin və Nurçiliyin vəziyyəti, Azərbaycan
respublikasında multikulturaizmlə dini tolerantlığın əlaqəsi, Azərbaycan
respublikası şiələrinin kökü. Tədqiqatın bir hissəsində deyilir: Azərbaycan
respublikasına hakim olan siyasi system multikulturalizimin həyata keçirilməsini
bu terminin nəzəri cəhəti, müxtəlif mədəniyyətlərin birgə və dinc yaşaması
baxımından müsbət qiymətləndirməyə çalışsa da əməldə isə müxtəlif sübutlar göstərir
ki, dini tolerantlığın və multikulturalizmin Bakı konsepsiyası ölkənin yəhudi
icmalarına xüsusi üstünlüyün verilməsinə gətirib çıxarmışdır. Azərbaycan
respublikasında rəsmən multikulturalizm ili elan edilən 2016-cı ildə bu ölkənin
təqribən on milyonluq nüfusunun 85 faizini təşkil edən şiələrə təzyiq davamlı
olaraq artmışdır. Multikulturalizm siyasətindən şiə mədəniyyətinə qarşı
sui-istifadənin qabarıq nümunələri xüsusilə Məhərrəm ayında şiə və islam mərasimlərinin
keçirilməsinə məhdudluq və qadağa qoyulmaq, onun qarşısında isə yəhudilərin,
xristianların və hətta bahailik kimi azmış təriqətlərin fəaliyyətləri üçün
misli görünməmiş şərait yaratmaqdır. “Bakı beynəlxalq multikulturalizm mərkəzi”
2014-cü ildə yaradılmış və işğal olunmuş Fələstində, Rusiyada, İspaniyada,
Almaniyada və bəzi digər ölkələrdə flialları açılmışdır. “Bakı multikulturalizm
mərkəzi”nin ən mühüm flialı işğal olunmuş Fələstin ərazisindədir. Azərbaycan
respublikasında multikulturalizmlə əlaqədar dəyişikliklərin araşdırılması göstərir
ki, proqramların istiqamətləndirməsi və bu ölkədə multikulturalizm hədəflərinin
müəyyənləşdirilməsi sionist təşkilatlara aiddir. ABŞ-da Simon Vizintal yəhudi mərkəzi,
cəmiyyət üçün beynəlxalq proqramlar adlı sionist təşkilatı, Amerika yəhudiləri
komitəsi, yəhud beynəlxalq konqresi, ABŞ-İsrail arasında social əlaqələr komitəsi
(İPƏK), İsrail evimizdir partiyası, Azərbaycan-İsrail dostluğu əncüməni (AZİZ),
Amerika böyük yəhudi icmaları təşkilatları rəhbərlərinin konfransı həmin təşkilatlardandır
ki, Azərbaycan respublikasında multikulturalizm proqramlarının hazırlanmasında
və həyata keçirilməsində rol oynamışlar. Konkret olaraq isə sionist rejimi
Bakının multikulturalizm siyasətində koordinasiya rolu oynayır. Azərbaycan respublikasının
içində və ondan kərda 2016-cı ildə (multikulturalizm ilində) həyata keçirilən
proqramların sərlövhələri göstərir ki, bu proqramların böyük hissəsi sionizm təlimləri
və yəhudilərin Azərbaycan respublikasıında yerlərinin möhkəmlənməsi istiqamətində
planlaşdırılmış və həyata keçirilmişdir. Bu planların icrasında sionist
rejimində Arye Qotun rəhbərlik etdiyi multikulturalizm filial əsas rol oynayır.
Sionist rejimin baş naziri Benyamin Netanyahu 2016-cı ildə Azərbaycan
respublikasına etdiyi son səfərində bu ölkədə multikulturalizm proqramının
icrasından sevincini gizlədə bilmədi və bu ölkədə sionist icmaları üçün
yaradılmış şərait üçün minnətdarlıq etdi. Multikulturalizm üçün yaradılmış mərkəzlər
və infrastruktur göstərir ki, bu təşəbbüslər 2016-cı illə məhdudlaşmır uzunmüddətli
bir siyasi-mədəni hədəf kimi Azərbaycan respublikası və sionist rejimi tərəfindən
davam etdirilir. Palnın əsas məqsədi isə Azərbaycan respublikasında
multikulturalizm siyasəti adı ilə şiələrin asimilasiya olmasıdır. Məhz buna görədir
ki, Azərbaycan respublikasında və multikulturalizm ilində məhdudlaşdırıcı
qanunların qəbul edilməsilə şiə fəallarına təzyiq artmışdır. Belə ki, keçmişdə
görünməyən polisi, təhlükəsizlik- informasiya tədbirləri Aşura gününə aid
Nardaranın Bibi-Rəhimə (imam Rizanın bacısı) hərəmində neçə on min nəfərlik mərasim
birici dəfə olaraq keçirilmədi. Lakin Nardaranda, Lənkəranda və Gəncədə, həm də
multikulturalizm ilində əza mərasimlərin keçirilməsinə qadağa qoyulmasına
baxmayaraq bu ölkənin əzadar əhalisi muxtəlif yollarla Aşura yığıncağını təşkil
etməy çalışdılar. Bakının mərkəzində yerləşən Məşhədi Dadaş məscidinin ətrafında
və Bakının Yenigünəşli kəndinin Həzrət Fatimə məscidinin ətrafında camaatın
yığıncağı Azərbaycan respublikası şiələrinin çoxu bütün problemlərə və maniələrə
baxmayaraq şiə kimliklərini qoruyub saxlamağa çalışır. Əslində də SSRİ-nin
ateist siyasəti Azərbaycan respublikası əhalisinin dini və məzhəbi əqidələrini
aradan apra bilmədiyi kimi multikulturalizm adı altında dinə zidd sekular funksiyalar
da öz hədəflərinə nail ola bilməyəcəkdir.