header

 Qanlı Nardaran Hadisələri ilə bağlı Şərlənərək həbs olunanların tapdalanmış hüquqları

Vəkil Yalçın İmanov: “Məhkəmədə təqsirləndirilən şəxslərin iştirakı olmadan cinayət işində olan sənədlər tədqiq edilib ki, bu da onların hüququnun tapdalanması deməkdir.”

bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Yalçın İmanov istintaqın təzələnməsi ilə bağlı vəsatət qaldırıb. Onun sözlərinə görə, məhkəmədə təqsirləndirilən şəxslərin iştirakı olmadan cinayət işində olan sənədlər tədqiq edilib ki, bu da onların hüququnun tapdalanması hesab olunur.

Məhkəmə vəsatəti təmin etməyib.

Sonra təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış ediblər.

Təqsirləndirilən Zakir Mustafayevin vəkili Abil Bayramov çıxış edərək, Z. Mustafayevin ittiham olunduğu maddələrdə onun təqsirini sübuta yetirən hər hansı faktın olmadığını deyib.

Vəkil Gülşən Salmanova hüquqlarını müdafiə etdiyi Ramin Yarıyevin ittiham aktında göstərilən cinayəti törədərkən yetkinlik yaşında olmadığı əsas gətirib və onun təqsirsiz olduğunu deyib.

Vəkil Elçin Sadıqov isə çıxışında təqsirləndirilən şəxslər – Taleh Bağırov, Cabbar Cabbarov və digərlərinin təqsirinin sübuta yetirilmədiyini iddia edib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Vəkil Yalçın İmanov: “Məhkəmədə təqsirləndirilən şəxslərin iştirakı olmadan cinayət işində olan sənədlər tədqiq edilib ki, bu da onların hüququnun tapdalanması deməkdir.”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap