header

 Vahabi hökumətinin gizli üzü. Birinci hissə

“Dürrətül-Ərus” (gəlin incisi) Səudiyyə şahzadələrinin əyyaşlıq rayonudur/ fahişəlik kanalından tutmuş birgə qadın-kişi festivalının keçirilməsinə kimi + şəkil.

Vahbi müftilərindən ibarət “əmr bə məruf və nəhi əz münkər” heyəti Ərəbistan vətəndaşlarının bütün işlərini intensive nəzarətdə saxladığına, din və məzhəb müdafiəsi adı ilə əhalinin ən xüsusi həyatına müdaxilə etmələrinə rəğmən Məkkə-Mükərrəmənin 120və Ciddə şəhərinin 50 kilometrliyində əyləncə və turizm bir rayon yerləşir ki, orada həmin müftilərin iddia etdikləri din və məzhəbdən əsər-əlamət yoxdur. Səudiyyə Ərəbistanının ən mühüm şəhər və limanlarında olan “Cüddə” yaxud “Ciddə” qırmızı dənizin sahilində yerləşir və 3 milyon nüfusu ilə “qırmızı dənizin gəlini” adı ilə tanınır. Şəhərin şimal tərəfində “Zəhban” rayununda Dürrətül-Ərus adlanan bir turizm qəsəbəsi vardır. Ərəbistanlıların çoxu bu qəsəbəni tanımır. Onun yanından sovuşanlar Ərəbistanda belə bir yerin olduğunu fikirlərinə də gətirə bilmirlər. Qırmızı dənizin sahilində Dürrətül-Ərus adlı bir qəsəbənin salınması 1996-cı ildə keçmiş kral Abdullah bin Əbdüləziz dövründə qərb memarlığı və ən müasir və inkişaf etmiş imkanlarla 8 kvadrat kilometrlik bir sahədə başlanmışdır. Şəhərciyin planı elədir ki, turistlərin və sakinlərin bütün tələbatını ödəyir və beləliklə digər rayonlarla əlaqəyə ehtiyac qalmır. Başqa sözlə, digər rayonlarla əlqəyə manü olur. Beləliklə hotellərdən və əyləncə mərkəzlərindən əlavə qolf oyunu, cıdır kimi imdan sahələri, müasir ticarət mərkəzləri, restoran, içki barları və gecə kulubları, təchizatlı plajlar, dalğa idmanı, balıq tutma, dalğıc və s. imkanlar vardır. Elektrik stansiyaları, su şirinlədən qurğular, kanalizasiya, sabit və mobil telefonlar, peyk kanalları, quru və dəniz təhlükəsizlik sistemi bütün sutka ərzində fəaliyyət göstərir ki, Dürrətül-Ərus sözün əsl mənasında ölkənin digər rayonlarından müstəqil şəkildə özünü təmin etsin. Bu, o həddədir ki, bəzi adamlar bu qəsəbəni Səudiyyə dövlətinin içində bir dövlət hesab edirlər. Yadların və tanınmaz adamların girişinə və sakinləri digər rayonların adamları ilə əlaqə saxlamasına mane olmaq üçün şəhərin ətrafına çəpər çəkilmiş və xüsusi dərvazalar quraşdırılmışdır ki, əhali məhz həmin qapılardan girib çıxa bilərlər. Turizm qəsəbəsinin yiyəsi Səudiyyənin varlı taciri “Saleh Kamil” olsa da onun real maliki, həqiqi yiyəsi şahzadə və keçmiş vəliəhd Nayif bin Əbdüləzizdən başqası deyildi. O, bu proyetə lazım olan vəsaitin 85 faizini təmin etməklə buranın əsas kapital qoyanı və real yiyəsi hesab olunurdu. Nayif öldükdən sonra onun mülkiyyəti övladlarına, o cümlədən hazırkı vəliəhd Məhəmməd bin Nayif və onun digər övladları Navvaf, Fəhd, Nouf, Məşail və Heyfaya keçmişdir. Bu arada Məhəmməd bin Nayif əsas səhmdar və malik hesab olunur. Qalan 15 faiz səhm isə Saleh Kamil və oğlu Abdullah Kamilə aiddir. Saleh Kamilə gəldikdə isə, o şahzadə Nayif və oğlanları, Məkkənin qubernatoru şahzadə Xalid Əl-Feysəl, həmçinin Məlik Feysəlin nəvələrindən olan və Əl-Hilal kulubunun yiyəsi Bəndər bin Məhəmməd bin Əbdürrəhman kimi şəxslərin yaxın dostudur.

 
«دره العروس» منطقه‌ای برای فساد و فحشا شاهزادگان و امرای سعودی/ از راه‌اندازی شبکه روسپی‌گری تا برگزاری جشن‌های مختلط +عکس و فیلم 
 
«دره العروس» منطقه‌ای برای فساد و فحشا شاهزادگان و امرای سعودی/ از راه‌اندازی شبکه روسپی‌گری تا برگزاری جشن‌های مختلط +عکس و فیلم 
 
 
«دره العروس» منطقه‌ای برای فساد و فحشا شاهزادگان و امرای سعودی/ از راه‌اندازی شبکه روسپی‌گری تا برگزاری جشن‌های مختلط +عکس و فیلم 
  
 
«دره العروس» منطقه‌ای برای فساد و فحشا شاهزادگان و امرای سعودی/ از راه‌اندازی شبکه روسپی‌گری تا برگزاری جشن‌های مختلط +عکس و فیلم

“Dürrətül-Ərus” (gəlin incisi) Səudiyyə şahzadələrinin əyyaşlıq rayonudur/ fahişəlik kanalından tutmuş birgə qadın-kişi festivalının keçirilməsinə kimi + şəkil.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap