Azərbaycan respublikası ilə sionist rejimin yaxınlaşması, Bakının təcrid olunma təhlükəsi
Posted on : Video 10/16/2017 1:00:20 PM
Azərbaycan respublikası ilə sionist rejimi arasında hər hansı bir əlaqənin yaranması bu ölkə üçün istənilməz nəticələr verəcəkdir
Azərbaycan respublikasının da aid olduğu regionun
geostrateji vəziyyəti Bakı rəhbərlərinin daha ayıq və daha funksional siyasət
aparmasının əhəmiyyətini aydın göstərməkdədir. İran islam respublikasının
regionda effektiv və qüdrətli çıxışı, onun mütərəqqi və anti-imperialist
mövqeyi bu ölkələrin bədxahların və müstəmləkəçilərin qarşısında müqavimət göstərmələrinə
əlverişli şərait yaratmışdır. Bunların içində Azərbaycan respublikası İranın
şimal qonşusu tarixi, mədəni, sosial və iqtisadi ortaqlığı ilə regionun
siyasi-iqtisadi müstəqilliyində özəl yeri vardır. Keçmiş SSRİ dağıldıqdan və Azərbaycan
respublikası müstəqilliyə qovuşduqdan sonra
bu yeni ölkənin əsas tələbatı və İranla dini, mədəni və tarixi yaxınlığı
respublikanın rəsmilərini İranla yaxın və dostluq münasibətdə olmağa vadar
etmişdi. Əlbəttə İran-Rusiya arasındakı möhkəm əlaqələr iki ölkəni bir-birinə
daha da yaxınlaşdırırdı. Azərbaycan belə bir imkanı əldə edirdi ki, regionun
iki effektiv qüdrətinin yanında Qafqazla islam ölkələri arasında əlaqədə
xeyirli rol oynasın. Azərbaycan respublikasının qərb qonşusu, yəni Ermənistanla
ixtilafı səbəb oldu ki, bu ölkə hər hansı bir təhlükəsizlik riskinə qarşı
mübarizə aparmaq üçün iki region arasındakı tranzit rolunu diş və dirnaqla
qoruyub saxlamalı olsun. Lakin son günlərdə sionist rejimin baş naziri
Netanyahunun bu ölkəyə səfəri xəbərinin yayılması Bakı başçılarının əsassız
anvanturasının müəyyən cəhətlərini nümayiş etdirdi. Son illər ərzində regiona hakim
olan həssas və böhran şəraitindən istifadə edən sionist rejimi regional və beynəlxalq
səviyyələrdə dəsisələrə başlamışdır. Regionda və xüsusilə də islam ölkələrində
işğal və qarışdırmadan başqa məqsəd güdməyən vandal rejim böhranlar yaratmaq,
islam ölkələri arasında ixtilaflar törətmək və Səudiyyə Ərəbistanı kimi bəzi
islam ölkələrinin bəsirətsizliyi nəticəsində müharibələr yaratmaq, vəziyyətdən
istifadə edərək nüfuz etməkdə dahada cəsarətli olmuşdur. İran islam
respublikasının ayıq siyasəti nəticəsində özünü region əhalisinin blokadasında
görən sionist rejimi öz fikrincə İranın Azərbaycan respublikası kimi
qonşularına yaxınlaşmaqla müsəlman ölkələr arasında daha çox ixtilaf salmağa
çalışır ki, blokadadan irəli gələn təzyiqi səngitsin. Özünün saxtalaşdırdığı sərhədlərdə
işğalçılığı və cinayəti davam etdirən qəsbkar rejim bu dəfə rolunu
qloballaşdırmaq istəyir. Təəssüf ki, bəzi islam ölkələrinin qafilliyindən
istifadə edərək islam dünyasında çat yaratmaq üçün ikili siyasətini aparmağa
nail olmuşdur. Lakin ən əhəmiyyətlisi bu əsas cəhətə diqqət etməkdir ki, Azərbaycan
respublikası ilə sionist rejim arasında hər hansı bir əlaqənin yaranması İranın
şimal qonşusu üçün xoşagəlməz nəticələr verəcəkdir. Qabaqca işarə etdiyimiz
kimi İran və Rusiya arasında tranzit dəhliz olan Azərbaycan respublikası daha
doğrusu islam ölkələri ilə Qafqaz arasında körpü hesab olunur. Buna görə də müsəlmanların
barışmaz düşməni ilə yaxın əlaqədə olması bu avanturist respublikanı islam
ictimaiyyətindən təcrid olmağa sövq etdirir ki, bunun da cübranı Bakı üçün elə
də asan olmayacaqdır. Müharibə və münaqişədən xəsarət görən bu ölkə siyasi və
iqtisadi cəhətdən təcrid olunduğu təqdirdə regionda daha böyük strateji
böhranlar yarana bilər. Ötəri və tərəfsiz bir baxışla asanlıqla mühüm bir incəliyi
başa düşmək olar ki, qəbul etdirilmiş yaranın yeganə sağalma yolu başçısı mənfəət
axtaran və təfriqə törədən sionist remi deyil, İran islam respublikası olan
regionun sarsılmaz müqavimət cəbhəsinə qoşulmaqdır. Işğalçı sionist rejimə
yaxınlaşmanın nəticəsini bəzi aldanmış islam ölkələrində asanlıqla görmək olar.
Bu ölkələr onların hiləgər təbəssümlərinə uymuş və hələ də qəflət
yuxusundadırlar. Azərbaycan respublikasının məsulları region ğlkələrinin cərgələnməsinə
dəqiq baxmaqla sionistlərlə əlaqənin perspektivlərini görə bilər və bu rejimlə
yaxın əlaqədə olmağın istənilməz nəticələrini araya bilərlər.