header

 Səudiyyə Ərəbistan baş müftisi: “İŞİD İslamın 1 nömrəli düşmənidir”

Şeyx Əbdüləziz Əl-Şeyx İŞİD və "Əl-Qaidə"ni dindən çıxmış adlandırdı


Ərdəbil Məhde Təşəyyo - ın “Əl-Cəzirə”-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı baş müftisi Şeyx Əbdüləziz Əl-Şeyx İŞİD və “Əl-Qaidə” barədə gözlənilməz çıxış edib.

Belə ki, səudiyyəli müfti İŞİD və “Əl-Qaidə”ni Islamın 1 nömrəli düşməni adlandırıb və müsəlmanlara ən böyük zərər vurduqlarını deyib.

Radikal düşüncə və terrorun ölkələri viran etdiyini, nəsillərin inkişafına mənfi təsir etdiyini bildirən Şeyx Əbdüləziz, “Bu qruplar İslama və Islamın prinsiplərinə bağlı olanlardan sayılmırlar. Əksinə onlar müsəlmanları təkfir edən ilk qrupun, Xəvaricin davamıdırlar.” - deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ölkə xaricində döyüşlərdə iştirak edən vətəndaşları haqqında fevral ayında qanun qəbul edib. Həmin şəxsləri qəbul edilən qanunla 20 ilə kimi həbs gözləyir.
Şeyx Əbdüləziz Əl-Şeyx İŞİD və "Əl-Qaidə"ni dindən çıxmış adlandırdı
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap