header

 İŞİD mühasirəsindəki türkmənlərin dərdlərini özlərindən eşidək (Eksklüziv)

"Niyə türkmənlər həmişə məzlum olmalıdırlar?”


Bir neçə saat əvvəl  İŞİD təkfirçi terrorçuları tərəfindən mühasirədə saxlanılan türkmənlərin yaşadığı Amirli qəsəbəsi barədə xəbər vermişdik. İslamazeri.az olaraq İraqdakı türkmənlərin, xüsusən Amirlidəki türkmənlərin hal-hazırkı vəziyyəti ilə bağlı araşdırma apardıq. Bunun üçün İraqın ən böyük türkmən partiyası “İraq Türkmən Cəbhəsi” partiyasının rəsmiləri ilə əlaqə saxlayaraq, ətraflı məlumat hazırlamışıq.


  İraq “Türkmən Cəbhəsi Partiyası”nın ictimai əlaqələr şöbəsinin müdiri Leyla Hancı İslamazeri.az-a açıqlamasında qeyd edib ki, “Kərkükün mərkəzində vəziyyət normaldır. Amma Amirli qəsəbəsi ilə bağlı məlumat ala bilmirik. Biz də sizin kimi məlumatları peyk kanalları vasitəsi ilə öyrənirik.”

Amirli sakini Nicat Hüseyn deyib ki, “2 aydan çoxdur qəsəbəmizi İŞİD terrorçuları hər tərəfdən mühasirədə saxlayır. 20 min vətəndaş soyqırım təhlükəsi ilə üz-üzədir. Əhalinin özlərinin əkdiyi buğdadan başqa heç bir qidası qalmayıb. Sularımızı da kəsiblər. Burada vəziyyət olduqca acınacaqlıdır. Bəzən Hərbi Hava Qüvvələri az miqdarda ərzaq gətirirlər. Qadınlar pis qidalanmadan xoş olmayan hadisələrlə üz-üzə qalırlar, su çatışmazlığından körpələr süd ilə yaxşı qidalana bilmirlər. Quraqlıq isə xəstəlikər yaradıb. Biz nəyik ? İraq millətindən deyilik mi ? Niyə türkmənlər həmişə məzlum olmalıdırlar?”


  “İraq Türkmən Cəbhəsi”nin  Kərkük Təzə Xurmatu büro rəsmisi Türkeş Maalı İslamazeri.az-a bildirdi ki, “Mən sizinlə indi Təzə Xurmatu adlı bölgədən danışıram. Mənim olduğum yerlə İŞİD terrorçuları arasında cəmi 1200 metr məsafə var. Təzə Xurmatudan qərb istiqamətinə 6 kilometr uzaqlıqda Bəşir qəsəbəsi yerləşir. Buranın adını yəqin ki, bu günə kimi çox eşitmisiniz. Bəşir 72 gündür ki, İŞİD terrorçularının əlindədir. Orada yaşayan 6 min nəfərin hamısı məcburi köçkün olaraq digər qəsəbələrdə məskunlaşıblar. Onların evləri dağıdıldı, malları talan edildi. Yəni heç bir şeyləri qalmadı. Amirli bölgəsindəki vəziyyət buradan daha da pisdir. Orada olan dostlarımızın bizə verdikləri məlumatlara görə, 70 gündür ki, Amirli bölgəsi İŞİD terrorçularının mühasirəsi altındadır. İŞİD oraya 14 dəfə hücum edib. Allaha çox şükür ki, qardaşlarımızın müqaviməti nəticəsində ora girə bilmədilər. Amirli, Bəşir və Təzə Xurmatuda məskunlaşan insanların hamısının bir çox şeyə ehtiyacı var. Buradakı insanlara qida və digər bütün humanitar yardımlar göndərilməlidir. Qardaşlarımız tək qalıb. İŞİD terrorçularının qarşısında öz imkanlarımızla dayana bilmişik. Hal-hazırda Kərkükün içərisində İraq ordusundan heç bir dəstək yoxdur. Yəni nə əsgər, nə də ki, silah-sursat. Bu günə qədər bizə bir çox yerlərdən yardımlar edilib. Məsələn Türkiyə hökuməti etməsə də, Türkiyə xalqı bizə yardım edib.”

"Niyə türkmənlər həmişə məzlum olmalıdırlar?”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap