header

 Hizbullahın ilk surprizi

 


Ərdəbil Məhde Təşəyyo - Bu müharibədə bizim üçün qəflətən baş verən ilk hadisə İran istehsalı olan “C-82” quru-dəniz raketinin atılması idi ki, ordu və Hərbi Dəniz Qüvvələri onun varlığından xəbərdar deyildi. Baxmayaraq ki, 2003-cü ildə bu raketin Hizbullahda olma ehtimalı müzakirə edilmişdi.

Nur-az.com-un Farsnews-a istinadlı məlumatına görə, Sionist rejim olan İsrailin Müharibə Nazirliyinin xüsusi mətbuat buraxılışında “Şimal Cəbhəsi” komandirlərindən biri ilə müsahibə dərc edilib. Müsahibədə onun 33 günlük müharibə ilə bağlı fikirləri öyrənilib. Müsahibənin tərcüməsini sizə təqdim edirik:

Briqadir Yevuel Xelmiş ilə müsahibə
Müsahibəni alan David Tesor (ehtiyyatda olan briqadir, kəşfiyyat irsi mərkəzinin baş direktoru)
2000-ci ilin may ayından, yəni işğalçı İsrailin Livandan geriyə çəkilməsindən sonra, Hizbullah Livan və xaricdə öz fəaliyyətini genişləndirdi. Livanın cənubunda, yəni Livan ordusunun boşaltdığı məntəqədə Hizbullah mavi xəttə (Livan-İsrail sərhədi) qədər irəlilədi və səngər, nəzarətçi qülləsi tikmək və kəşfiyyat məlumatları toplamaqla İsraillə müharibəyə hazırlaşmağa başladı. O zamandan 2006-cı ilin iyul ayına qədər Hizbullahın yerləşməsi, fəaliyyəti və İsraillə gələcəkdə necə qarşılaşacağı barədə dəqiq kəşfiyyat məlumatı yox idi.
İsrailin arxa cəbhəsini vuracaq orta və uzaq mənzilli raket sistemləri, habelə sərhəd xətti və ön cəbhəyə yaxın şəhərləri vura biləcək yaxın mənzilli raketlər haqqında məlumatımız var idi. Hizbullah təşkilatı “Hesablaşma” (1994) və “Qəzəb salxımları” (1996) əməliyyatlarından sonra, özü üçün logistik tənəffüs məntəqəsi yaratdı. Meydanda bu təşkilatın fəaliyyət üslubuna münasib və bağlı olan geniş sığınacaqlar yaradıldı. Başqa sözlə, “Ordunun şimalda əks-kəşfiyyat qərəgahı” ordunun əks-kəşfiyyat tədqiqat briqadası ilə birgə düşmən haqqında əldə etdiyi məlumatlar strateji və əməliyyat baxımından yaxşı, taktika baxımından isə orta səviyyədə sayılırdı.
Lakin hədəflərin tanınması baxımından əldə edilmiş məlumat orta həddən aşağı idi. Bizim orta və uzaq mənzilli raketlərdən məlumatımız var idi. Lakin qısa mənzilli katyuşa raketləri barədə məlumat problemimiz var idi və bu barədə olan məlumatlarımız ürəyəyatmayan və qeyri-dəqiq idi.
Biz təxmin edə bilirdik ki, təqribən 13.000 müxtəlif növ raket Hizbullahın ixtiyarındadır. Hətta, bu təşkilatın komandirlərinin adlarını da bilirdik. Lakin illər boyunca onların Livandakı səyyar sistemləri barədə danışmağa hansısa bir sözümüz yox idi.
Sual: Bu həddə müharibə öncəsi kəşfiyyat məlumatları qəbul ediləcək həddə idi. Əməliyyat əsnasındakı kəşiyyat məlumatları nə həddə idi və hər halda hansı məsələlər bizə surpriz kimi göründü və bizi təəccübləndirdi?
Cavab: Mühüm məqam budur ki, bizim tərəfdən istər siyasi sahədə, istərsə də hərbi sahədə qərar qəbul edəcək şəxslər, yaxşı əks-kəşfiyyat məlumatları əldə etmişdilər. Baxmayaraq ki, meydan üçün əks-kəşfiyyat məlumatları qeyri-dəqiq idi. Şimala gələn qüvvələr Hizbullahın Livandakı fəaliyyətlərin şaxələrini və onun qərar qəbul edən şəxslərə dəyəcək zərərlərini düzgün əks etdirməlidirlər. Bu müharibədə bizim üçün qəflətən baş verən ilk hadisə İran istehsalı olan “C-82” quru-dəniz raketinin atılması idi ki, ordu və Hərbi Dəniz Qüvvələri onun varlığından xəbərdar deyildi. Baxmayaraq ki, 2003-cü ildə bu raketin Hizbullahda olma ehtimalı müzakirə edilmişdi.
Bizim üçün gözlənilməz olan növbəti məsələ isə, tank əleyhinə raketlərdən geniş istifadə olunması idi. Əlbəttə, 2005-ci ilin noyabrında Ğəcər kəndi hadisəsində tank əleyhinə raketlərin atılması və onlardan geniş istifadənin şahidi olmuşduq. Amma bu dəfə, bu raketlər daha da geniş formatda həm əsgərlərə, həm binalara, həm də İsrail ordusunun maşınlarına qarşı atılırdı. “Qorunan ərazilər” fenomeni haqqında da deməliyəm ki, bu öncədən bizə məlum idi. Lakin onların bu müharibədəki gizlənmə (maskirovka) forması çox təəccüblü idi. Belə ki, cəbhədə olan əməliyyat qüvvələri yeraltı sığınacaqlara daxil olduqdan sonra, onları təzəcə kəşf edir və burada hara girdiklərinə agah olurdular.
Başqa bir problem isə, briqada və taborlar arasında məlumat ötürülməsi və vaxtında dəstəkləmə idi. Nəzərə çarpan budur ki, şimal cəbhəsi qərərgahında məlumat və sənədlər baxımından qəbul edilməz və çox illik