header

 Hizbullahın ilk surprizi

 


Ərdəbil Məhde Təşəyyo - Bu müharibədə bizim üçün qəflətən baş verən ilk hadisə İran istehsalı olan “C-82” quru-dəniz raketinin atılması idi ki, ordu və Hərbi Dəniz Qüvvələri onun varlığından xəbərdar deyildi. Baxmayaraq ki, 2003-cü ildə bu raketin Hizbullahda olma ehtimalı müzakirə edilmişdi.

Nur-az.com-un Farsnews-a istinadlı məlumatına görə, Sionist rejim olan İsrailin Müharibə Nazirliyinin xüsusi mətbuat buraxılışında “Şimal Cəbhəsi” komandirlərindən biri ilə müsahibə dərc edilib. Müsahibədə onun 33 günlük müharibə ilə bağlı fikirləri öyrənilib. Müsahibənin tərcüməsini sizə təqdim edirik:

Briqadir Yevuel Xelmiş ilə müsahibə
Müsahibəni alan David Tesor (ehtiyyatda olan briqadir, kəşfiyyat irsi mərkəzinin baş direktoru)
2000-ci ilin may ayından, yəni işğalçı İsrailin Livandan geriyə çəkilməsindən sonra, Hizbullah Livan və xaricdə öz fəaliyyətini genişləndirdi. Livanın cənubunda, yəni Livan ordusunun boşaltdığı məntəqədə Hizbullah mavi xəttə (Livan-İsrail sərhədi) qədər irəlilədi və səngər, nəzarətçi qülləsi tikmək və kəşfiyyat məlumatları toplamaqla İsraillə müharibəyə hazırlaşmağa başladı. O zamandan 2006-cı ilin iyul ayına qədər Hizbullahın yerləşməsi, fəaliyyəti və İsraillə gələcəkdə necə qarşılaşacağı barədə dəqiq kəşfiyyat məlumatı yox idi.
İsrailin arxa cəbhəsini vuracaq orta və uzaq mənzilli raket sistemləri, habelə sərhəd xətti və ön cəbhəyə yaxın şəhərləri vura biləcək yaxın mənzilli raketlər haqqında məlumatımız var idi. Hizbullah təşkilatı “Hesablaşma” (1994) və “Qəzəb salxımları” (1996) əməliyyatlarından sonra, özü üçün logistik tənəffüs məntəqəsi yaratdı. Meydanda bu təşkilatın fəaliyyət üslubuna münasib və bağlı olan geniş sığınacaqlar yaradıldı. Başqa sözlə, “Ordunun şimalda əks-kəşfiyyat qərəgahı” ordunun əks-kəşfiyyat tədqiqat briqadası ilə birgə düşmən haqqında əldə etdiyi məlumatlar strateji və əməliyyat baxımından yaxşı, taktika baxımından isə orta səviyyədə sayılırdı.
Lakin hədəflərin tanınması baxımından əldə edilmiş məlumat orta həddən aşağı idi. Bizim orta və uzaq mənzilli raketlərdən məlumatımız var idi. Lakin qısa mənzilli katyuşa raketləri barədə məlumat problemimiz var idi və bu barədə olan məlumatlarımız ürəyəyatmayan və qeyri-dəqiq idi.
Biz təxmin edə bilirdik ki, təqribən 13.000 müxtəlif növ raket Hizbullahın ixtiyarındadır. Hətta, bu təşkilatın komandirlərinin adlarını da bilirdik. Lakin illər boyunca onların Livandakı səyyar sistemləri barədə danışmağa hansısa bir sözümüz yox idi.
Sual: Bu həddə müharibə öncəsi kəşfiyyat məlumatları qəbul ediləcək həddə idi. Əməliyyat əsnasındakı kəşiyyat məlumatları nə həddə idi və hər halda hansı məsələlər bizə surpriz kimi göründü və bizi təəccübləndirdi?
Cavab: Mühüm məqam budur ki, bizim tərəfdən istər siyasi sahədə, istərsə də hərbi sahədə qərar qəbul edəcək şəxslər, yaxşı əks-kəşfiyyat məlumatları əldə etmişdilər. Baxmayaraq ki, meydan üçün əks-kəşfiyyat məlumatları qeyri-dəqiq idi. Şimala gələn qüvvələr Hizbullahın Livandakı fəaliyyətlərin şaxələrini və onun qərar qəbul edən şəxslərə dəyəcək zərərlərini düzgün əks etdirməlidirlər. Bu müharibədə bizim üçün qəflətən baş verən ilk hadisə İran istehsalı olan “C-82” quru-dəniz raketinin atılması idi ki, ordu və Hərbi Dəniz Qüvvələri onun varlığından xəbərdar deyildi. Baxmayaraq ki, 2003-cü ildə bu raketin Hizbullahda olma ehtimalı müzakirə edilmişdi.
Bizim üçün gözlənilməz olan növbəti məsələ isə, tank əleyhinə raketlərdən geniş istifadə olunması idi. Əlbəttə, 2005-ci ilin noyabrında Ğəcər kəndi hadisəsində tank əleyhinə raketlərin atılması və onlardan geniş istifadənin şahidi olmuşduq. Amma bu dəfə, bu raketlər daha da geniş formatda həm əsgərlərə, həm binalara, həm də İsrail ordusunun maşınlarına qarşı atılırdı. “Qorunan ərazilər” fenomeni haqqında da deməliyəm ki, bu öncədən bizə məlum idi. Lakin onların bu müharibədəki gizlənmə (maskirovka) forması çox təəccüblü idi. Belə ki, cəbhədə olan əməliyyat qüvvələri yeraltı sığınacaqlara daxil olduqdan sonra, onları təzəcə kəşf edir və burada hara girdiklərinə agah olurdular.
Başqa bir problem isə, briqada və taborlar arasında məlumat ötürülməsi və vaxtında dəstəkləmə idi. Nəzərə çarpan budur ki, şimal cəbhəsi qərərgahında məlumat və sənədlər baxımından qəbul edilməz və çox illik boşluq mövcuddur. Bundan əlavə, bəzi əks-kəşfiyyat zabitləri kəşfiyyat materiallarını zəruri anbarlar bölməsində unutmuşdular. Onlar dərk etməmişdilər ki, bu sözün əsil mənasında müharibədir, nəinki sadə əməliyyat.
Sual: Mükəlləf qüvvələrin Fələstinə məxsus ərazilər əhval ruhiyyəsilə Livanla müharibəyə getmələri haqqında olan geniş yayılmış versiya nə dərəcədə düzgündür?
Cavab: Bəli! Düzdür. Onlar belə düşünürdülər ki, Livanda da Fələstin əraziləri kimi bütün məlumatları tam təfərrüatı ilə lazım olan zaman yuxarıdan əldə edəcəklər. Komandirlər tadarüklərin yetirilməsi, gen-bol dəstək və dəqiq və vaxtında verilən kəşfiyyat və əks-kəşfiyyat məlumatlarına adət etmişdilər. Bundan əlavə, bölmələrin vəzifələrinin dəyişdirilməsi hazırlığın olmaması və ardıcıl dəstəklərin yetirilməməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, qüvvələrin və komandirlərin ən yaxşıları müharibə üçün hazır idilər. Lakin kəşfiyyat zabitləri və bölmə komandirləri Livanı yaxşı tanımayan nəsildən idilər və qüvvələr bu baxımdan lazımi təlimi görməmişdilər. Baxmayaraq ki, əl-Yakim və “Qorunan ərazi” adı altında simulyativ məntəqələrdə müxtəlif işlər görülmüşdü.
Sual: Bu müharibədə əməliyyat məlumatlarının yetərsiz olduğu barədə qənaətlər var. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Aparılmış araşdırmalardan məlum olur ki, kəşfiyyat zabitlərinin meydandakı fəaliyyəti, əməliyyatın şaxələnməsi və təhlili qeyri-peşəkar və orta həddən aşağı olmuşdur. Zabitləri xəritə və sənəd üzərindən təhliletməyə alışdırmaq lazımdır, nəinki ancaq kompyüter üzərindən.
Sual: Bu müharibə Qəzzə zolağında Gilad Şalitin oğurlanmasından azacıq müddət sonra Hizbullah tərəfindən şimal sərhədində iki əsgərin oğurlanmasından sonra baş verdi. İddia edilir ki, ordunun əks-kəşfiyyatı bu əsgər oğurlamalar haqqında xəbərdarlıq etməmişdi. Doğrusu, nə baş vermişdi?
Cavab: 12 iyul hadisəsində, dəqiq kəşfiyyat xəbərdarlığı yox idi. Ümumi olaraq bilirdik ki, insan oğurluğuna cəhd var. O il boyunca Ğəcər məntəqəsində 2005-ci ilin noyabr ayı və 2006-cı ilin may ayında əsgər oğurluğu üçün bir neçə əməliyyatın qarşısı alınmışdı. Sözügedən hadisədə xəbərdarlıq yox idi. Lakin bilmək lazımdır ki, şimal sərhədində adam oğurluğu təhdidi ciddi təhdiddir və məntəqədə fəaliyyət göstərən qüvvələr həmişə, hətta xəbərdarlıq olmadan belə buna hazır olmalıdırlar. Şimal sərhədində fəaliyyət göstərən qüvvələr müxtəlif hadisələrə hazır olmalıdırlar. Bu məntəqədə terrorçuların nüfuz etməsi məsələsi zəif bir məqamdır ki, daha çox ehtiyatla araşdırılmalıdır. Hətta bu mövzu “Elmoq” komitəsində də müzakirə edilmişdi. Əlbəttə, bu bir əks-kəşfiyyat və əməliyyat şübhəsidir.
Sual: Son zamanlar çoxlu zabit xidmətdən ehtiyata buraxılmışdır. Onların bəziləri bu məsələdən təəccüblənmişlər. Xüsusilə, müharibədən sonra onların təcrübəsi işə yaraya bilərdi. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Knessetin birinci şurasında ehtiyyat xidməti haqqında qəbul edilmiş yeni qanuna əsasən, bir tərəfdən tərxisin miqdarı azalmış və digər tərəfdən isə, adi formada cəlb edə bildiyimizdən daha az ehtiyyat əsgərlər cəlb edə biləcəyik. Əlbəttə zərurət dövrü olmasa. Buna görə də, ehtiyyat qüvvələrdə daha çox yüksək rütbəli zabitlərin tərxis olunması qərara alındı. Lakin bu şəxslərdən istifadə edəcəyimizə əminəm. Mən onlardan təlim və araşdırma məsələlərində istifadə etmək fikrindəyəm.
Sual: Son sual olaraq, Hizbullahla müharibənin nöqsanlarının aradan qaldırılması barədə daha ətraflı söhbət edə bilərsinizmi?
Cavab: 2006-cı ilin avqust ayından sonra, müxtəlif səviyyələrdə; bölük, tabor və qərərgah həddində tədqiqat və araşdırma mərhələsi başlandı. Bundan əlavə bütün qüvvələr həddində məsələləri araşdıracaq bir neçə qrup təşkil etmişik. Təhqiqat mərhələləri sona çatmaq üzrədir. Onları ümumiləşdirmək və növbəti iş ilində praktiki olaraq onları emal etmək fikrindəyik. Bölmələr və bütün ordu həddində çoxlu dərslər çıxarılmışdır ki, onların bəzisi qısa müddətdə və bəziləri də uzun müddətdə emal olunacaq.
Livan Hizbullahının 33 günlük müharibədə İsrail üzərində qələbə qazanmasının 8 illiyi münasibətilə

P.S. Bu müsahibə İsrail tərəfinə məxsus olduğu üçün, terrorçu kimi bəzi sözlər olduğu kimi verilmişdir.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap