"Al-Səəyun"da hemoseksualların evlənməsindən tutmuş qız alveri ticarətinə qədər
Posted on : Tarix 10/16/2017 1:00:14 PM
Saleh Qasiminin yazdığı və Salman-Pak nəşriyyatı tərəfindən buraxılan "Al-Səəyun" kitabı bazara verilmişdir
On iki fəsli ehtiva edən kitab Al-Səudun meydana gəlməsi və
onun cinayətləri haqqındadır. Qasimi birinci fəsildə Al-Səudun hakimiyyətə gəlmə
yollarına işarə etmiş, həmin sülalənin hakimiyyətin müxtəlif dövrlərindəki əməllərini
araşdıraraq təqdim etmişdir. Ikinci fəsildə Al-Səudun şəcərəsi, nəsli haqqında
iki görüşü yenidən araşdırmış və tarixi faktlarla onların əcdadlarının yəhudi
olduğunu sübut etmişdir. Kitabdan bəlli olur ki, ingilislər də onların yəhudi
olduğunu açıqlamışlar. Kitabın bir hissəsində müəllif tarixi sənədlərlə göstərmişdir
ki, Al-Səud Əmirəlmöminin əleyhissalamın öz qılıncı ilə məğlub etdiyi Xeybər yəhudilərinin
övladıdırlar. Müəllif üçüncü fəsildə Al-Səudun ta əvvəldən cinayət tabelini
araşdırmışdır. Bu hissədə oxucu onların müxtəlif yerlərdə törətdikləri
qırğınlarla tanış olur. Kərbəla şiələrini qırmaq, Nəcəf-Əşrəfə hücum çəkmək,
Peyğəmbər hərəmini təxrib və talana məruz qoymaq, Bəqi qəbristanındakı əimmələrin
qəbirlərini təxrib etmək, Qəndhar şiələrini kütləvi şəkildə qırmaq, Suriyadakı
valideynsiz qızları satmaq və ... bu xəbis şəcərənin cinayət siyahısından
yalnız neçəsidir. Islam Al-Səud məzhəbində kitabın beşinci fəslində tədqiqata cəlb
olunur. Oxucu bu fəsildə bu cərəyanın islam konsepsiyası ilə tanış olur. Tövhid
vahabi səudiyyəlilər təriqətində, Al-Səud məzhəbində peyğəmbərin təhqir
olunması, vahabi müftilərinin qəribə fətvaları həmin fəsildə araşdırılan
mövzulardandır. Mars planetində
yaşamağın haram olması, "İsrailə ölüm" deməyin haram olması, hemoseksualların
nigahına icazə verilməsi, erotik filmlərə baxmağın mabahlığı və .... həmin fətvalardan
bəzisidir. Oxucu beşinci fəsildə Al-Səud şahzadələrinin hakimiyyətindəki dərin
fahişəlik böhranı ilə rastlaşır. Bu böhran elə bir həddə çatmışdır ki, deyilənlərə
görə Səudiyyə qadınlarının 50 faizi zorakılığa məruz qalmışdır. Məlik Fəhədin ərli
arvadla evlənməsindən tut Məlik Abdullanın 92 yaşında olarkən cinsi preparatdan
istifadə etməsi həmin kitabda tədqiqata cəgb edilmişdir. Qasimi kitabın altıncı
fəslində Al-Səud şahzadələrinin geniş korrupsiyaya qapıldıqları və onların 800
milyard dollarlıq korrupsiyaları aşkar edilmişdir. Oxucu 7 və 8 fəsillərdə
iqtisadiyyat, neft və Al-Səud hökumətindəki insan hüququnun vəziyyəti ilə tanış
olur. Əfsanəvi sərvətlərdən tutmuş ölkədəki yoxsulluq və işsizlik həmin kitabda
öz əksini tapmışdır. Bir ifadə ilə Al-Səudun qeyri-qanuni övladı sayılan təkfirçi-terrorçu
qruplaşmalar 9-cu fəsildə araşdırılmışdır. Al-Səudun bu qruplaşmaları dəstəkləməsi,
onların vasitəsilə islam dünyasına qarşı dəsisə planlarının həyata keçirilməsi
həmin fəsildə verilmişdir. Müəllif onuncu fəsildə Al-Səud və Al-Yəhud
arasındakı tarixi ideoloji və starateji ittifaqı araşdırmışdır. Həmin fəsildə Fələstin
problemi və bu diyarın Al-Sud banisi tərəfindən Britaniyaya və yəhudilərə bəxşiş
edilməsi mövzusu araşdırılmışdır. Bununla əlaqədar Al-Səudun banisi Məlik Əbdüləzizin
yazısının tərcüməsi verilmişdir: "mən soltan Əbdüləziz Əbdürrəhman Əlfeysəl
Əlsəud oğlu böyük Britaniyanın təmsilçisi Persi Kuks cənablarının qarşısında
min dəfə etiraf edirəm ki, Fələstin diyarının yazıq yəhudilərə və ya
Britaniyanın məsləhət bildiyi hər hansı şəxslərə verilməsinə qarşı deyiləm".
On birinci fəsildə Səudiyyə şahzadələrinin qüdrət davası araşdırılmış və bu
mövzuya dair faktlar verilmişdir. 12-ci fəslə gəldikdə isə bu fəsildə böyük
islam inqilabının banisi imam Xumeyni həzrətləri (rh) və islam inqilabının müəzzəm
rəhbəri ayətüllah-üzma Xamneyi həzrətlərinin görüş və fikirləri fəslülxitab
olaraq verilmişdir. 295 səhifəlik kitabın sonunda istifadə edilən qaynaqların şəkilləri
və adları verilmişdir.