header

 Yəmən şiələri qiyam edə bilər

Yəmən hökumətinə cümə gününə kimi möhlət verildi


Ərdəbil Məhde Təşəyyo - ın “On4haber”-ə istinadən verdiyi xəbərə görə, Yəmən “Husi” hərəkatının lideri Əbdülməlik Əl-Husi, haqlı tələblərinin yerinə yetirilməsi üçün cümə gününə kimi hökumətə möhlət verib.

Yəmən şiələrinin lideri Əbdülməlik Əl-Husi mövcud hökuməti zəif və yalançı adlandırıb. O, ölkədəki şiələrdən zülmlə mübarizə üçün paytaxt Sənaya tərəf yürüş keçirməyə, tələblərinin yerinə yetirilməsi üçün vəhdət şəklində hərəkət etməyə çağırıb.

Yəmənin “11 Yanvar Hərəkatı”nın lideri Naif Əl-Kanis isə hökumətə xəbərdarlıq edərək, “Hökumət bizim haqlı istəklərimizi yerinə yetirməzsə, inqilaba başlayacağıq və bu hökuməti kökündən silib atacağıq.” - deyib.

Şiələrin isə liderlərinin çağırışına qulaq asaraq, paytaxta tərəf yürüşə başladıqları bildirilib.
Yəmən hökumətinə cümə gününə kimi möhlət verildi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap