header

 Təbrizdə Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

 
Ərdəbil Məhde Təşəyyoİran - İslam Respublikasının Təbriz şəhərində ustad şair Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Bu barədə məlumat verən İranın Şərqi Azərbaycan vilayətinin irşad və islam mədəniyyəti baş idarəsinin müdiri Əli Əkbər Safipur bildirib ki, “Ustad Şəhriyarın şeirlərində xalq mədəniyyəti” mövzusuna həsr ediləcək beynəlxalq elmi konfrans dəyərli şair M.Şəhriyarın irsini öyrənmək və xatirəsini yad etmək məqsədi daşıyır.
Sentyabrda keçirilməsi nəzərdə tutulan tədbirə İran, Azərbaycan və Türkiyə və başqa ölkələrdən olan ədəbiyyat alimlərinin qatılacağı gözlənilir.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İranda Milli Şeir və Ədəbiyyat Günü kimi qeyd olunur.
Şəhriyarın vəfat etdiyi gün - hicri-şəmsi təqvimlə şəhrivər ayının 27-si (sentyabrın 17 və ya 18-i) 2002-ci ildən İran Parlamentində Milli Şeir və Ədəbiyyat Günü kimi təsdiq olunub.
Bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox Şəhriyar təxəllüsü ilə tanınır. Şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. /
 

 

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap