Ərdəbil Məhde Təşəyyoİran - İslam Respublikasının Təbriz
şəhərində ustad şair Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş
beynəlxalq elmi konfrans keçiriləcək.
Maide.az-ın İran KİV-lərinə istinadən
məlumatına görə, Bu barədə məlumat verən İranın Şərqi Azərbaycan
vilayətinin irşad və islam mədəniyyəti baş idarəsinin müdiri Əli Əkbər
Safipur bildirib ki, “Ustad Şəhriyarın şeirlərində xalq mədəniyyəti”
mövzusuna həsr ediləcək beynəlxalq elmi konfrans dəyərli şair
M.Şəhriyarın irsini öyrənmək və xatirəsini yad etmək məqsədi daşıyır.
Sentyabrda keçirilməsi nəzərdə tutulan
tədbirə İran, Azərbaycan və Türkiyə və başqa ölkələrdən olan ədəbiyyat
alimlərinin qatılacağı gözlənilir.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İranda Milli Şeir və Ədəbiyyat Günü kimi qeyd olunur.
Şəhriyarın vəfat etdiyi gün -
hicri-şəmsi təqvimlə şəhrivər ayının 27-si (sentyabrın 17 və ya 18-i)
2002-ci ildən İran Parlamentində Milli Şeir və Ədəbiyyat Günü kimi
təsdiq olunub.
Bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha
çox Şəhriyar təxəllüsü ilə tanınır. Şeirlərini Azərbaycan və fars
dillərində yazıb. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab
kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib,
məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb
dili və ədəbiyyatından dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə"
orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın
ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin -
Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin
müqəddimələri ilə nəşr edilib. /