"Nusra" terrorçularının girə bilmədikləri kəndə, Rusiya humanitar yardım göndərdi
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:11 PM
Əl-Mhanaydan kəndi "Nusra Cəbhəsi" terrorçularının mövqelərilə cəmi 1,5 kilometr məsafədə yerləşir
Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin
nümayəndəsi polkovnik Vitaliy Borsolyuk jurnalistlərə bildirib ki, rusiyalı hərbçilər
Suriyanın Homs əyalətinə 2 tondan çox humanitar yardım çatdırıblar. Əl-Mhanaya
kəndinin sakinlərinə və qaçqınlarına qida paketləri təqdim olunub, uşaqlara isə
hədiyyələr verilib. Bundan əlavə rusiyalı
hərbçilər mobil tibb məntəqəsi quraşdıraraq bütün ehtiyyacı olanlara
lazımi köməkliyi göstəriblər. "Biz humanitar yardımın paylandığı əl-Mhanaya
yaşayış məntəqəsinə gəlmişik. Hazırda biz bu yaşayış məntəqəsinin sakinlərinə
paylanılacaq 300 dəst gətirmişik." - Borsolyuk deyib. O qeyd edib ki,
barış üzrə mərkəz Suriya höküməti ilə sıx qarşılıqlı əlaqədədir və yardım daha
çox ehtiyacı olan insanlar kateqoriyasına daxil olanlara edilir. Kənd rəhbərliyinin
nümayəndəsi Həsən əl-Həsən bildirib ki, "Nusra Cəbhəsi"
terrorçularının mövqeləri əl-Mhanaydan cəmi 1,5 kilometr məsafədə yerləşir.
Terrorçular kəndi müntəzəm olaraq müxtəlif cür silahlardan atəşə tuturlar və
barışıq prosesini kəsməyə çalışırlar. O əlavə edib ki, Suriyada münaqişə
başlandıqdan sonra əl-Mhanayın sakinləri könüllü dəstələr yaradaraq Suriya
ordusu ilə birgə terrorçulara qarşı mübarizə aparırlar. "Terrorçulat bizim
kəndimizi tuta bilmədilər və bilməyəcəklər də, çünki biz burada öz torpağımızı
müdafiə edirik. Və onlar həyatda bura daxil ola bilməzlər. Əgər girsələr, o
zaman yalnız bu kəndin bütün müdafiəçiləri öldükdən sonra girə bilərlər."
- əl Həsən bildirib. O həmçinin Rusiyaya Suriya xalqına beynəlxalq terrorizmlə
mübarizədə göstərdiyi və etdiyi humanitar yardımlara görə təşəkkürünü bildirib.