header

 İsrail İŞİD-i himayə edir


Ərdəbil Məhde Təşəyyo - İŞİD terror qruplaşması özünü İslam-ərəb təşkilatı kimi təqdim etsə də, çoxsaylı sənədlər bu qrupun qəsbkar sionist rejimlə əlaqələrini sübut edir. Dana saytı yazır ki, İŞİD-din İraqa gəlişindən iki aya yaxın vaxt ötür. Bu müddət ərzində terror əməliyyatları həyata keçirilib, günahsız insanlar qətlə yetirilib. Bütün bunlar sionist rejimin regiondakı mənafelərinə xidmət edib. 
Üç ildir terrorçular Suriyada peyda olub. Bu müddət ərzində də təkfirçi qrupların təcavüzkar İsraillə əlaqələrini sübut edən faktlar ortaya çıxıb. 
İŞİD-lə İsrailin əlaqələrini sübut edən dəlillərdən biri yaralanmış terrorçuların müalicə üçün işğal olunmuş torpaqlara göndərilməsi və sionist həkimlər tərəfindən müalicəsidir. Hər gün yaralanmış terrorçular yer və hava yolları ilə işğal olunmuş torpaqlara göndərilir. Sionist həkimlər terrorçuların qısa bir müddətdə meydana qayıtması üçün əlindən gələni əsirgəmir. Bu vaxta qədər İsrailin səhra xəstəxanaları haqqında xeyri video görüntü, foto yayımlanıb. Bu görüntülərdə yaralı təkfirçilərin İsrail həkimləri tərəfindən müalicəsi əks olunub.
Başqa bir dəlil budur ki, təkfirçi terrorçuların əsas maliyyə dəstəyi sionist rejim tərəfindəndir. İsrail rəsmiləri dəfələrlə bu barədə açıq bəyanat veriblər. İŞİD-in maliyyə ehtiyacları Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ ilə yanaşı İsrail tərəfindən təmin olunur. İŞİD-in İraqda əl-Ənbar vilayətindəki silah anbarında İsrail istehsalı olan silahlar aşkarlanıb. Bu silahlar Suriya sərhədindən əl-Ənbara ötürülüb. 
Hansı ki uzun illərdir İslam dünyasının vahid düşməni kimi İsrail tanınır. Bütün müsəlmanlar yekdil olaraq sionist rejimin məhvini istəyir. İŞİD elan edb ki, onun düşməni İsrail yox, İŞİD-ə itaət etməyən müsəlmanlardır. 
Bir neçə il öncə təkfirçi qrupların əsil siması pərdə arxasında qalmışdı. Artıq bu maska yırtılıb və terrorçuların İordaniya-Suriya, İordaniya-İraq sərhədlərində İsrail hərbçiləri tərəfindən təlim aldığı sübuta yetib. Əslində təkfirçi qruplar ibtidai hazırlığı vəhabi və sionistlərin maliyələşdirdiyi mədrəsələrdə keçirlər. Bu mədrəsələrə MOSSAD casusları nəzarət edir. Hərbi dərsləri də sionist təlimatçılar keçir. 
Veterans Today yeni sənəd çap edib. Bu sənəddə özünü Əbubəkr əl-Bağdadi adlandıran İŞİD rəhbərinin əsl adı açıqlanır. Bu şəxsin əsl adının Simon Ellio ya da Elliot Şimon olduğu bildirilir. Onun atası da, anası da yəhudidir. Mənbənin verdiyi məlumata əsasən, Elliot MOSSAD-a xidmət edir, ərəb və müsəlmanlara qarşı təxribat metodlarını MOSSAD-dan öyrənib. 
Bu Amerika saytı əlavə edir ki, uyğun sənəd ABŞ milli təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Edvard Snouden tərəfindən nəşr olunub. İŞİD rəhbəri ABŞ, Britaniya və İsrial kəşfiyyatının himayələri sayəsində belə bir terrorçu qruplaşma yarad bilib. Əbubəkr əl-Bağdadi İbraim ibn Əvad ibn İbrahim əl-Bədri təxəllüsü ilə təşkilatın yaranması üçün müqəddimə işləri həyata keçirib. Sayt bildirir ki, MOSSAD-ın planı İsrailə qarşı olan müsəlman ölkələrindən döyüşçülər cəzb etməkdir. Bu yolla sionistlər bütün məntəqəni nəzarətə götürmək istəyir.
Bəli, İŞİD-in silahı İsraildən alması, yaralıları müalicə üçün İsrailə göndərməsi, İsrailin bu təşkilata maliyə yardımları ciddi fakt olaraq ortadadır. Məntəqədə imperializmə xidmət edən diktator başçılar İslama xəyanət edərək bütün fəaliyyətlərini İsrailin göstərişləri əsasında qururlar.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap