header

 Azərbaycandakı repressiya dünya mediasının gündəmindən düşmür

"Der Standart": "Azərbaycan insan haqları həbsxanasıdır"

Yay tətillərinin siyasətə də dəxli var. Amma Azərbaycanda yox. Bu yay insan haqlarını tıxayıb qalan bir mövsüm oldu.

Bir neçə gün ərzində bir- birinin ardınca dörd hüquq müdafiə təşkilatının ofisində axtarışlar oldu, onların rəhbərlərini hüquq mühafizə orqanları həbsə aldılar. Onlarla başqa QHT-lərdə də axtarışlar aparılıb və onların fəaliyyəti qadağan edilib. İndi hətta jurnalistlərin azadlığı və təhlükəsizliyi uğrunda fəaliyyət göstərən "Reprtyorların azadlığı və təhlükəsziliyi İnstitutu"nun direktoru Emin Hüseynov da təhlükədədir və qardaşı ilə birlikdə məxfi həyata çəkilib. İndi onlar da, ölkənin harasındasa, həbsdə sayıla bilərlər.

33 yaşlı Emin 11 il əvvəl polisin vurduğu zərbədən baş beyin zədələnməsi alıb. Onun həbsi üçün order avqustun 8-də verilib və o, indi qanundan kənardır.

Onun günahı nədir? 8 il əvvəl bütün ölkə boyu hüquqları pozulan, təqib edilən jurnalistlərin, bloggerlərin, ictimai fəalların hüquqlarının müdafiəsi üçün bir qeyri hökumət təşkilatı yaratmışdı. O, jurnalistlərə qarşı böhtanların, onların qanunsuz həbslərinin önünə bu təşkilatın apardığı kampaniyalarla çıxırdı.

Bu ilin may ayında Hamburqda media mükafatı ilə təltif edilmişdi.

İndi o, ciddi şübhələr altına salınaraq həbsxana ilə ,"mükafatlandırılmaq" təhlükəsi ilə üz-üzədir. Onun qardaşı Mehman isə operator kimi fəaliyyət göstərib. Mayın sonlarında ona qarşı bir xuliqanlıq ittihamı qaldırılmışdı. Bu məsələni hələ də gündəmdə saxlayırlar.

Mayın 21-də, o, bir nümayişi videokamera ilə çəkərkən polis onun kamerasını sındırmış, o da polisə sadəcə olaraq etiraz etmişdi. Amma bu, polislə qarşıdurmanın yeganə faktı deyildi.

2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda Evrovision mahnı yarışması keçirilən zaman "Demokratiya üçün oxu" kampaniyasına start verilmişdi. Bu kampaniya ölkənin tanınmış hüquq müdafiə təşkilatlarından dəstək alırdı. İndi onların hamısı qapadılıb.

8 avqustda İntiqam Əliyev həbs edilib - o, ölkədə insan haqları ilə uğraşan çox az saylı vəkillərdən biri idi.

2 avqustda jurnalist və insan haqları klubunun rəhbəri Rəsul Cəfərov həbs edilib.

30 iyulda Leyla Yunus, 5 avqustda Arif Yunus həbs olunub. Leyla Yunus Bakıdakı "Sülh və Demokratiya İnstitutu"nun direktorudur.

Onların hər biri hələlik bir neçə aylıq həbslə təcrid ediliblər.

Onlara qarşı qanunsuz sahubkarlıq fəaliyyəti, vergidən yayınma, hakimiyyət orqanı ilə hesablaşmamaq, dələduzluq ittihamları irəli sürülüb.

Yeri gəlmişkən, Fransa Leyla Yunusu "Fəxri Legion Ordeni" ilə təltif etmişdi. "Le Monde" qəzeti onu Azərbaycandakı azsaylı tənqidçilərdən biri adlandırır.

 

"Der Standart": "Azərbaycan insan haqları həbsxanasıdır"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap